Danışmaq yoxsa yazmaq?

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Bəzən danışmaq, bəzən də yazmaq daha rahat gəlir insana. Bu bəzən cəsarətlə, bəzən əhval ruhiyyə ilə dəyişir. Əsasən məktəb illərində sevdiyin qıza ürəyindən keçənləri cəsarət tapıb deyə bilmədikdə şair, yazıcı olursan. Düşüncələrini nəzmə düzürsən əsər yazırsan. Eləki o qızla yazılardan danışığa keçdin vəssalam. Bütün şairlik bitdi. Evləndinsə heşzad. Da danışmağa mövzu qalmır. Bəkədə yazmaq üçün ilham, ilham üçün həsrət lazımdır. İnsan itirdikləri haqqında daha geniş yazır nəyin ki, tapdıqları haqqında. Danışmaq mövzudan mövzuya keçmək, hətda başqasına ağıl verməkdən asan şey yoxdur məncə. Faydalı olmaq üçün danışmaq və yazmaq üçün platformalar günümüzün bir hissəsinə daxildir. Düzdür bizim ölkədə faydalı bilgi paylaşmaq kimi fikir biraz zəifdir. Əsasən öyrəndiklərimizi xarici dildə youtube yaxud müxtəlif form saytlardan öyrənirik. Qazandığımız bilgilər əslində bizim deyil ki, yaşamasaydıq bilgi də olmazdı, başqasının yazdıqlarını, göstərdiklərini, danışdıqlarını dinləyərək, görərək oxuyaraq fərqli bir fikir sahibi olmuşuq yaxud problemləri izləyərək hansısa bir lazımlı bir fikirə çatmışıq. Bunu da burda təbiətdə tapmışıq. Bu bilgini paylaşmaq da bizə düşmüş olur. Çox istərdim ki, bizdə də youtubda və ya steemit kimi platformalarda hər sahəyə aid faydalı məlumatlar paylaşılsın.

477f223756eca9d6520feb63c23ee445.jpg
Foto

Düzü bu fikir məni çox narahat edir. Dostum Arizlə pulsuz seminar vermək haqqında bir plan hazırlayırıq. Bizim üzərində çalışdığımız sahə günümüzün ayrılmaz hissəsi olan kompyüter bilgiləridir. Bu yolla gənclərin steemit platformasında seçilmiş mövzuda öz fikirlərini geniş yazmağını da düşünmüşəm. Görək nə alınır.

Oxuduğunuz üçün təşəkkürlər

Sort:  
 3 years ago 

Bu cür təlimlər keçirərkən mütləq çəkliş edib youtube kanala yerləşdirib sonra da steemitə linkini vermək olar. Bizim topluluq da günü gündən böyük kütlə halını alır.

 3 years ago 

Bəli qağa. Məqsədimiz illər öncə planlaşdırdığımız həvəsli və savadlı kütləni bir yerə cəmləməkdir. Bunun üçün təşviqedici vasitələrdən istigafə olunacaq.

Loading...

Coin Marketplace

STEEM 0.17
TRX 0.12
JST 0.027
BTC 62033.06
ETH 3004.78
USDT 1.00
SBD 2.48