Club5050 💫 The Diary game better life. The Aerospace and Technology Festival first day (100% beneficiaries for Steemit Azerbaijan)
26.05.22 ci il səhər saat 7 radələrində 1 gün öncədən planlaşdırdığımız kimi Dünyada ən böyük Aerokosmik və texnologiya Festivalına Bakı şəhərinə yola düşdük. İki texnologiya ilə yaxından maraqlanlan biri telefon - smartfon ustası Hacı o biri isə İT və Kompyüter mexanika sahəsində ustası Ariz ilə birgə bu yol çox maraqlı olacaqdı. həqiqətən də elə oldu. Yol boyu müzakirələr və maraqlı söhbətlər oldu. 2:30 saata çatdıq Bakı KRİSTAL ZALIna.
Ən çox Türk hava qüvvətlərinə məxsus İHA və Sihaları görmək idi məqsədim. Gəzdikcə bir birindən maraqlı olan Azərbaycnın yerli hərbi sənayesinin də Hərbi Hava Qüvvələrinə məxsus məhsullarına rast gəldik. Türkiyə və Azərbaycandan olan həvəskar gənclərin hazırladıqları dronlara sonsuz sayda rast gəlmək mümkündür. İlk rastlaşdığımız Azərbaycan Fövqaladə Hallar Nazirliyinə məxsus robrtlar oldu.
ikinci sərgidə Kənd təsərrüfatında dronlarla dərmanlama və ya müşahidə işlərinin aparılması haqqında sərgidə məlumatlar verirdilər.
Sərginin ilk günü idi bilmirəm ya nədəndi insanlar o qədər çox idi ki hərəkət etmək bəzən çətinləşirdi. Türk hava qüvvətlərinə məxsus dronlarlardan birinin şəkilini çəkə bildim.
Türkiyənin ilk gəmi əleyhinə raket mühərriyi
Türkiyənin ilk milli helikopter mühərriyi
Türkiyənin ilk turbodizel aviasiya mühərriyi
O qədər maraqlı idiki hər şey baxıb keçdiyim yerlərə bir daha qayıdıb baxmaq istədim dəfələrcə fotosunu çəkə bilmədiyim cihazları bir daha çəkmək üçün, lakin insan sıxlığından yalnız irəli addımlaqla kifayətləndim.
Festivalı daha maraqlı etmək üçün hava qaralınca musiqi və lazer işıqlarla göstərilər üçün böyük səhnə qurulmuşdu.
Axır ki gəlib çatdıq işin həyacanlı yerinə II Qarabağ müharibəsinin qəhraman insansız hava aracı Bayraktar TB2.
ardınca Akıncı
Çox keçmədi @revan746 da gəldi. biz artıq bir çox sərgiləri keçib getmişdik. birlikdə çox az sərgiyə baxa bildik.
bura qədər çox fotolar çəkmişdim. təyyarələri nə qədər çəkmək istədim normal bir kadr tuta bilmədim ki bilmədim. sonradan festivalda başqası tərəfindən çəkilən fotolardan da istifadə eləyirəm.
Günorta nahar vaxtı çatdı. səhər də tezdən yola çıxdığımız üçün heç bir şey yeməmişdik. Təyyarələrin numayiş etdiyi bir vaxta yavaş-yavaş festivalı tərk edib 3 kmlik məsafədə olan Dəniz Malla İL Patio restoranına getdik. Dostumuz Hacı məsləhət görmüşdü oranı. İlk dəfə idiki suşi yeyəcəkdim. Eşitmişdim ki, çiy balıqdan hazırlayırlar. Bir istədim deyim ki, mən getməyim çiy balığı yeyib sonra biyabr olmaqdansa əvvəlcə deyib qaçmaq ən yaxşısı olar. Nəysə Bismillah deyib yollandım məndə.
Gəldik çatdıq İl Patio suşi restoranına.
10 dəqiqə məşqdən sonra axır ki məndə kitay mədəniyyət numunəsindən istifadəni bacardım. çubuqlarla yemək yemək. Suşi eşitdiyim kimi deyilmiş. heç də balıq dadı vermir. Dəniz məhsulu olduğu üçün biraz fərqli dadı və ətri var. Suşimizi yeyib yenidən qayıtdıq Festivala. Axşamüstü saat 18:00 a qədər biraz da gəzib qayıtdıq doğma Göyçaya.
Uşaqlar üçün kitablar aldım, həmçinin Maket hədiyyə verdilər.
Paylaşıma baş şəkdiyiniz üçün təşəkkürlər. Ümid edirəm gedə bilməyənlər üçün kiçik də olsa bir bilgi paylaşımı olmuşdur. Getməyənlərə kəsinliklə tövsiyyə edirəm. Birliyimiz Daim olsun. Bir millət iki dövlət şuarı ilə hər iki ölkənin vətəndaşları bir birinə qardaş deyir.
Güzel bir gün geçirmişsiniz. Bizlerle paylaştığınız için teşekkür ederim. 🙏
Təşəkkür edirəm @baycan. Cox qürurverici bir Festival idi.
Congratulations!
Your quality content qualifies the Steem Global Curators guidelines.
Your post is upvoted using @steemcurator06 account by @baycan. Continue making quality content for more support.