Bu günlərdə vətənimin həyatından bir damla

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Fəsillər bir biri ilə yarışır sanki yay fəsli çatmamış istisi bir ay əvvəl qovurmağa başladı ağacları, bağları. Suqovuşan anbarının 44 günlük döyüşlərdə canları qanları bahasına alan igidlərimizin yenidən vətəninizin bağlarına, bağçalarına can verdiyini hiss edir təbiət. Allahdan şəhidlərimizə rəhmət, yaralnmış qazilərimizə, həmçinin döyüşlərdə iştirak etmiş döyüşçülərimizə can sağlığı diləyirəm. Yazın meyvələri öz fəslinin gözəlliyini sərgiləyir. Alça bağlarının çoxluğu bu il qiymətləri o qədər ucuzlaşdırıb ki, lap alçanın şitliyi tutdu. Qiymətlər bazarda 30 qəpiyə qədər düşdü.

20210606_170135.jpg

Cammata bolluq oldu fermerə dərd. Həyat belədirdə birinin qazanması üçün digərinin itirməsi lazımdır. Birinin yeməkdən qarnın cırılması üçün başqasının belinin bükülməsi lazımdır. Qayıdım yenidən gözəl təbiətə. Öküzürəyi gilas, ağ ərik bazarda hələki öz dəyərini saxlamağa çalışır. 5-6 manat arası pulun varsa dadına baxa bilərsən. Birazdan onların da dadına kasıb kusub baxacaq. İlk başlarda kilosu 15 manata idi. Həyatın dadına baxmaq üçün işləməlisən. İşləməyən dişləməz zad. İndidə qiymətlər o həddə gəlib çıxıb ki, işləyirsən ki, qışda əlimi ayağımı rahat uzadıb yeyəcəm. Kommunal deyir birinci mən sonra sən. Qaz pulunun istisi qazın istisindən də qaynar olur. Qazı az yandırırsan ki, istidən ürəyim parlayır. Belədə qaz verərlər zad... nəysə yay gəlməmiş qışın dərdi gəlir. Pandemiya elə bir peyvənd elədi ki, uşaqların təhsindən aldığı xəstəlik hələ illərkə sağalmayacaq. Nə qədər danışsan bitmir ki bitmir. Lap feiry reklamı kimi. Kəndəyəm bu bazar günündə.
Bu da balaca Məryəmim. Turş gilas yeyərkən xəbərsiz çəkib ata bala gülüşdük biraz.

20210524_183448.jpg

20210524_183454.jpg

Canınız sağ, pulunuz çox, ən əsası yaşamaq üçün yaşamaq ha yaşamaq üçün gözəl vaxtınız bol olsun.

Sort:  
 3 years ago 

Etdiyin her gözel duaya Amin qardaş!
Pondemiya hər kesi evə bağlayıb dusdaq etdiyi kimi, O hinduşqanın günahı nədi kəndirləyib"qarantinaya"almısan?)))

 3 years ago 

Amin qardaş. Utandım lap. Ona görə sildim şəkili. Kəndə qonaq getmişdik. Ağacı çəkdim balkondan. Həyətdə cücələri o yan biyana qaçmasın deyə hinduşkanın ayağından bağlamışdılar. O da düşdü fotoya. Diqqətin üçün təşəkkür edirəm

 3 years ago 

Qardaş zarafat etmək üçün yazmışdım onu.Rəvanlada görüşdük zarafat elədik güldük yerin məlum.Nece deyərlər lap əla paylaşım idi)))Niyə silirdin əsil şəkil,paylaşım elə odu da Təbii gözəl.

Allah saxlasın. 😊😊

 3 years ago 

Amin bacı sənin balalarınla bahəm.

merhaba;

Steemitte aktif olduğun için teşekkür ederiz.

Bu gönderi Steemit-Türkiyenin Kuratörlüğünü yapan -steemcurator06 tarafından oy verildi..png

Coin Marketplace

STEEM 0.16
TRX 0.15
JST 0.028
BTC 54819.76
ETH 2295.81
USDT 1.00
SBD 2.31