Bəh-bəh 🤩 kətə mövsümü gəldiye gəldi... 😋

in Steemit Azerbaijan☪✔3 years ago

20211020_185449.jpg

Salam dostlar. Üzürlü sayın sizi şişirəcəm. 🤤 bəlkədə birçoxunuz Nurəngiz xanım deyəni deyəcəksiniz.

20211020_174245.jpg

Bu gün paylaşacağım bu postda mənim bəlkədə sizlərin də vazkeçilməzi olan kəndin sacda bişən göy kətəsini paylaşacam. Həyət göyləri ilə qarışıq olan, ölçüsü də ingilizcə deyəndə daha böyük görünür "big kətə" 😀.

FotoFoto
IMG-20211020-WA0003.jpgIMG-20211020-WA0005.jpg
IMG-20211020-WA0006.jpgIMG-20211020-WA0010.jpg

Kəndə atamgilə gəldik bu gün. Anam uşaqlıqdan kətə xoşladığımı bilir. Tez həyətdən göyərti toplayıb başladılar işə. Biz kişilərə nəvarki hazır yeməyi yeyib otururuq, hələ bir buyuruqda üstəlik. Doğurdanda haqları ödənməz qadınların. Hər yeməkdən sonra təşəkkür etməyi adət etmişəm.

FotoFoto
IMG-20211020-WA0011.jpgIMG-20211020-WA0016.jpg
IMG-20211020-WA0019.jpgIMG-20211020-WA0020.jpg

Bu anı çəkib, həmçinin onların əməyinə bir daha qiymət vermək üçün bütün iş prossesini paylaşmağı qərara aldım. Kətələrin bəzilərinə alça şarabı, bəzilərinə turş nar dənələridə qatmışdılar.

FotoFoto
IMG-20211020-WA0024.jpgIMG-20211020-WA0025.jpg
IMG-20211020-WA0023.jpgIMG-20211020-WA0026.jpg

Yeriniz məlum bəh-bəh isti-isti əlim yana-yana kətənin arasına ərimiş yağ və qatıq da əlavə edib 3 dənə yedim. İndi nəfəs ala bilmirəm. 😀

20211020_172346.jpg

20211020_174633.jpg

Keyfiniz xoş, canınız sağlam olsun.
Əsl steemfoodluq paylaşımır. eləmi?

Oxuyan və dəstəkləyən hər kəsə minnətdaram.

Qeyd: Əgər bu post yüksək dəyər alarsa (@steemcurator01'dən) 🤪 , o zaman gəlirin hamısını topluluğun ana hesabına göndərəcəm.

Sort:  
 3 years ago 

Bəhh əlaa. Qardaş bəs niyə belə eliyirsən?
Bizim adımız şəhərlidi ee, demək olar hamımız kəndçiyik özüdə zırınnan.😄😄. Nə yaxşı ki dünyada əllərindən öpüləcək Analar var. Yemək də ləzzətdi, yazıda. Təşəkkürlər

 3 years ago 

😀 Yerin məlum qardaş. Minnətdaram.

Allah analara deymesin gerek mende ozumu verem rayona esil kete vaxtidi

 3 years ago 

Amin qardaş. Hansı rayon?

Berdeye

 3 years ago 

Gözəl ananın əllərinə sağlıq. Sizə də nuş olsun.
Mənim də anamın ən xoşladığı təamdır kətə, eynən bu cürü.

 3 years ago 

Allah razı olsun. Allah böyüklükdən əskik etməsin. Ceylan xanım bu vaxtların ən gözəl ləzzətidir kətə.

Famil, sac üstə kətə möhtəşəm bir şeydi. O göyərtilərin adlarını hələ de görək. Ananın əlindən kətə cənnət nemətidi. Dadını çıxar😊

 3 years ago 

Nurəngiz xanım soruşub yazaram. Biz kişilər dequstator kimi yeməyin ləzəti haqqında fikir bildiririk. Hazır gəlsin süfrəyə ye. Dadına dad çatmaz, anamın əlĺərinin və ürəkdən bişirdiklərinin ləzzətinə heç bir ləzzət çatmaz. Bu səbəbdəndir ki, mən ailəmdən ayrı qala bilmədim.

Sən gedəndə Rəvan dedi ki, Famil ailəsinə çox düşkün biridi. Qala bilməyəcək. Yaxşı da ki gəldin.

 3 years ago 

İki aylıq öz istəyimlə dünyanın ən böyük meqapolis həbsxanasına düşmüşdüm. Yaman qaçdım 😀. Çox sağolun. Dəyər verənləriniz bol olsun

 3 years ago 

WhatsApp Image 2021-08-12 at 15.44.17.jpeg

 3 years ago 

Təşəkkürlər can Steemit Azərbaycan...

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 57916.39
ETH 2552.77
USDT 1.00
SBD 2.42