1C Ticarətin İdarəedilməsi 11.4 Nomenklaturanın yaradılması.
Yazı yazmaq üçün mövzu, mövzu üçün bilgi lazımdır ki, plagiatdan uzaq olasan. Neçə vaxtır ki, bu haqda düşünürəm. Bildiyim və istifadə etdiyim proqram haqqında bilgilərimi steemitdə paylaşım. Burdakı paylaşacağım bilgilər dərs xarakterli deyil. Çünki mən 1C üzrə sertifikatlaşmış mütəxəssis deyiləm. Lakin marağım səbəb olub ki, bu proqramı öyrənim. İndi isə bu bilgiləri sizinlə paylaşıram ki, bəlkə öz ana dilimizdə belə mövzulara mən də dəstək olmuş olum.
1C özü şəxsi bir platforma olub C++ dilinə daha yaxın bir kodlama sistemi var. belə desək açıq qaynaq kodlu bir platformadır. bu səbəbdən çox xoşum gəldu bu sistemdən. Düzü mən həvəskar olaraq bu sistemin biraz kod biraz sazlama işlərindən bildiyim üçün özümə lazım olan alqoritmik ardıcıllığı bir yolla çalışıb həll edirəm.
1C Ticarətin idarə edilməsi 11.4.13 versiyası bu platformada hazırlanmış çox mükəmməl bir proqramdır.
sizə bu gün 1C-də nomenklatura adlarının seçilmiş parametrlərə görə necə avtomatik yığılması haqqında danışacam. Bu qaydanın tətbiq edilməsi sizin satdığınız malların ad konstrukturunun ardıcıl eyni alqoritmada yazılmasını təşkil etməklə rahatlıq və gözəllik yaradır. proqramın interfeysi rus dilindədir.
Номенклатура
Məhsullarin adları bu bölmədə yaradılır.
Главное - Номенклатура - Создать (ins)
ilk öncə вид номенклатура yaradılmalıdır ki, satılacaq məhsul və ya xidmətin növu ayrıca yaradıla bilsin.
bu ona görədir ki, xidmət növündə yaradılan iş yaxud xidmət satıldığı zaman anbar qalığı kimi mənfiyə getməsin. yəni məhsul satıldığı zaman mal qalığı azalır lakin, xidmət satıldığı zaman heç bir azalma yaranmır.
ustəgəl (F8) işarəsini vuraraq вид номенклатура yaradırıq.
açılan pəncərədə nomenklatura növünü dəyişmək üçün товар(изменит) üzərində klick edərək "товар", "услуга", "работа" növlərindən birini seçib Наименование yerində məhsul və ya xidmət qrupunun adını yazırıq.
sonra yaratdığımız nomenklatura növününü seçib adını (Рабочее наименование) doldurub yaddaşa veririk.
sağlıqla qalın. şərhlərinizlə yeni paylaşımlarda etdiyim səhvləri düzlədəcəm inşəAllah.
Salam Gözəl İnsan Gözəl Qardaş.
Gözəl və maraqlı paylaşımdır. Sayəndə yeni nəsə öyrənə bilərik. ALLAH zehin açıqlığı və güc-qüvvət versin. AMİN İNŞƏƏALLAH 🤲
Qardaş inan ki, burda ən çox istədiyim şey bilgi paylaşmaqdır, öyrənməkdir. Maraqlandığın üçün təşəkkürlər
Üzürlü say bəzi səbəblərdən vaxtında rəy yaza bilmirəm. Vaxt tapdıqca çalışıram borcumu üaytarım. Bu arada təbrik edirəm. Qalib seçildiyim üçün. Qələbələrinin davamı gəlsin. AMİN İNŞƏƏALLAH 🤲
Əstağfirullah qardaş. Səmimiyyətin və bu qədər aktivliyin üçün sənə sonsuz təşəkkür edirəm. Burda qazanan hər birimizik, qazancımız ortaq ailəmizdir. Təki mehribanlıq və birliyimiz qırılmasın. Kiçik qazanclar üçün böyük qazancdan (birgə qazanacdan) vaz keçmək kimi ağılsızlığa düçar olmayaq. Amin
Xoşdur Qardaşım. İşimiz budur☺️ Dəyər verdiyin üçün mən minnətdaram. Var olasan. Bəli biz #steemitazerbaijan ailəsiyik. Arzularına mən də qoşuluram. AMİN İNŞƏƏALLAH 🤲