Universitetin imtahanları və sistemi vs mənim pozitivliyim.
Salamlar. Başım o qədər imtahanlara qarışmışdı ki, zamanın necə keçdiyin anlamadım. Sizlərə biraz universitetimizin imtahan sistemindən danışmaq istəyirəm. Mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində oxuyuram və artıq məncə, dərslərimin çətin olduğunu deməyimə ehtiyac qalmır. İmtahanları və gözəl ürəkli müəllimləri ilə məşhur olan o universitet. Dərslər başladıqdan 7.ci həftəsindən başlayaraq keçirilən dərslərin yoxlanılması üçün aralıq imtahanları veririk. Bu imtahandan aldığımız ballar və əlavə olaraq, təqdimat,(sərbəst işlər) və aktivlik balları hamısı birlikdə 50 bal edir. Digər 50 balı isə smestr imtahanı zaman alırıq. Smestr imtahanı daha çətin olur, çünki aralıq imtahanında bir kitabın yarısından imtahan veririksə, smestrda o kitabdan bütövlükdə imtahan götürülür. Mən isə indi aralıq imtahanların verib bitirdim. Nəticəmi soruşsanız, yaxşı keçdi. Hər dərsdə aktiv olduğum üçün müəllimlər artıq məni tanıyırdı. Düzdür, imtahanları çətindir, ama buranı çox sevirəm və heç vaxt bəzi digər insanlar kimi bura hakkında neqativ fikirlər deməmişəm. Onsuz mən asan olan şeyləri sevmirəm.)) Çalışmaq, həyatda irəliləmək, öz ayaqların üstündə dura bilmək deməkdir. Nə qədər çox çalışsaq, o qədər bəhrəsin görəcəyik deyə düşünürəm və əlimdən gəldiyi qədər çalışıram. İnşallah bundan sonra daha çox uğurlu günlərimiz olar, bu qədər. Hələlik.
Dərslərində və həyatında uğurlarrr,Sura✨
çox sağolun Aybəniz xanım🤍
☺️🙏🏻
o qurbağanın məqsədi nədi ağzı göyə durub
gözəl ürəkli olduqlarına qatılmıram djkdks