Toxunulmadan hiss etmək..

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

"İnsanın toxunuşu ilə ünsiyyət şəkli, havaya duyduğumuz ehtiyac kimi, sevdiklərimizində toxunmağına möhtacıq..."
Stella və Will-in hekayəsi .
"Five Feet Apart" mənası: "5 addım uzaqda"
Bu bir filmdir. Bu film , mənim üçün çox anlamlı və dəyərli filmdir. Bir yox bir neçə dəfə baxıb bitirmişəm və hər sonda ağlamışam. Bu film, ölüm ilə burun-buruna olan eyni xəstəliyi daşıyan və bir-birinə aşiq olan iki gəncin hekayəsidir. Hər rahat nəfəs almağımızın necədə qiymətli olduğunun anlatılma hekayəsidir.

IMG_20211129_022108.jpg
IMG_20211129_032254.jpg

Stela 17 yaşlı güclü pozitiv və ümidli bir qızdır. Ağciyər transplantasiyası üçün xəstəxanada olurdu və yaşamaq üçün bütün gücü ilə həyata tutunmaqda idi. Will stelladan bir yaş böyük, ümidsiz və ölümü qəbullanmış biri idi. Yolları xəstəxanada kəsişən bu iki gəncin xasiyyətləri fərqli olsa da, ikisidə bir birinə qarşı bir şeylər hiss edərlər. Stella yaşam gücü qazandırmaq üçün bütün pozitif gücünü ona verən zaman, Will aralarında olan bu duyğuların xətrinə ölümə dayanmağa razı olar.
İkisidə eyni xəstəliyi daşıdığı üçün bir-birlənə toxunduqları zaman hüceyrə artımı olduğundan bu qadağan idi. Günlərin birində belə dəvam edə bilməyəcəyini anlayan Will çox hüzünlü və sevgi ilə Stellanın xəyalındakı işıqları gərçəkləşdirərək, tamda işıqların altında onunla sağollaşaraq oradan gedir. Tam bu sırada da, Stella üçün ağciyər transplantasiyası olunur. Will-dən Stellaya, onun fərqli durumlarındakı çəkdiyi çox gözəl şəkillər qalarkən, Stelladan Will-ə isə, həyata tutunmaq və bütün problemlərin öhdəsindən gələ bilmək gücünü vermək qalır...

IMG_20211129_031955.jpg

IMG_20211129_032026.jpg

Coin Marketplace

STEEM 0.25
TRX 0.11
JST 0.033
BTC 64057.95
ETH 3104.17
USDT 1.00
SBD 3.90