Salamlar Steemit Ailəsi.

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Bu gün həyatımı gözəlləşdirəcək qərarlardan birini aldım, həyatımdakı nəticəsi gözəl olacağına inandığın bir qərar. Steemit Azerbaijan ailəsinə qatılaraq, yeni yaradılmış Steemit student platformasının üzvü olaraq ilk postumu sizlərlə paylaşıram. Mənim adım Surədir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Texnologiya Fakültəsin oxuyuram. Qrup uşaqlarım olduqca mehribandırlar. Tələbə olmağın çox gözəl yanlarından bir neçəsin sizinlə paylaşım. Həyatıma yeni insanların girməyi, öz ayaqlarımın üstündə durmağı bacarmağım, bir çox sayda təcrübələri öyrənməyim qazanmağım və həyatı dərk etməyim. Bəlkə də, ən gözəl belə izah oluna bilərdi. Biraz da, özümdən söhbət açım. Mənim atam anam və bacım doktordur. Mən isə güclü olmağı ailəmdən güc alaraq öyrənmişəm. Boş vaxtlarımda ev işləri görür dərslərimi hazırlayır, bəzən də, film izləyirəm. Steress çəkmək, insanı vaxtından tez yaşlandırarmış. Buna görə həyatın dadın çıxararaq hər anı zamanında yaşamağı sevən biriyəm. Altı bazar isə çölə çıxaraq öz dostlarıma vaxt ayırıram. Gəzir, deyib- gülüb əylənirik. Onlarla gəzdiyim an, özümü çox azad hiss edirəm bu hiss isə izah olunmaz bir hissdir. Bəzi hisslərin ifadəsi olmadığı kimi. Həyatımı sevirəm, gələcəyim üçün çalışıram və buna, son anıma kimi dəvam edəcəm. Bu platformada isə faydalı məlumatları öyrənəcəyimi və əylənəyimi hiss edirəm. Həyatımın o dəyərli məlumatlarını isə sizinlə paylaşmağa dəvam edəcəm..

BeautyPlus_20210318160124431_save.jpg

BeautyPlus_20211028232012687_save.jpg

Sort:  

Xoş gəldin, Sura☺️

 3 years ago 

Steemit Azerbaijan topluluğunda həyata keçirilən yeni projedə sizə uğurlar!!! Bizimlə qalın.
IMG-20211012-WA0010.jpg

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 62740.92
ETH 3354.24
USDT 1.00
SBD 2.46