Çoxdandı yağ qarmırdı

in Steemit Azerbaijan☪✔2 years ago

Çoxdandı yağ qarmırdı

Belə bir başlıq yazdım çünki digər sosial şəbəkələrdə olan maraqlı və gülməli söhbətlərin(temaların) burdada qarşınıza çıxmasını istədim.

Deməli belə. Bu il Qəbələyə qar yağmışdı ama bizim kəndə qar yağmamışdı.
Hər yer quraqlıq idi. Yoldan bir maşın keçəndə toz qalxırdı. Sanki yay ayıdır. Ağaclar üçündə yaydan bir fərqi yox idi bu qışın. Hamısı susuzidi və qurumağa doğru gedirdi.
Nəhayət bu gün səhəri gözəl bir mənzərə ilə açdıq.

Screenshot_20220120-233047_Gallery.jpg

Səhər yerimnən qalxıb həyətə düşəndə hər yeriağ örpəyə bürünmüş gördüm.
Üzüm güldü. Düşdüm həyətə biraz qarın dadını çıxarmaq istədim.
Ama biraz külək vardı üşüdüm. Qalxdım evə biraz qalın geyinib əlcəklərimi əlimə taxıb yenidən düşdüm.
Biraz qarda gəzmişdimki, gördüm avtomobilim yoxdu.
Birdən xatırladımki axşam işdən gəlib çöldə saxlamışam. Sorada həyətə salmaq tamam yadımnan çıxıb.
Qapını açıb çıxdım yola. Yazıq bütün qara bürünüb şaxtamobil olmuşdu.

Screenshot_20220120-233033_Gallery.jpg

Qarı təmizlədim.
Mühərriki işə saldım.
Sora bir sağa baxdın bir sola. Bütün yolu qar bürümüşdü.

Screenshot_20220120-233016_Gallery.jpg

Avtomobilin mühərrikini söndürüb piyada gəzmək qərarına gəldim. Gəzə-gəzə gəlib çıxdım qəbirstanlığın yanına.

Screenshot_20220120-232955_Gallery.jpg

Bütün ölülər ordaydı. Nə vaxt getsəm ordadılar.Soyuqdada istidə.
Bütün ölülərə rəhmət dilədim keçdim. Çox üzücüdürki sonda hamımız qarın altında yatacıyıq.

Bu qəbisərstanlıqda bir şam ağacı varki çox gözəldi. Üzərinə qar yağıb ayrı bir gözəllik vermişdi.

Screenshot_20220120-232959_Gallery.jpg

Sonra yavaş-yavaş yoluma davam etdim. Məqsəd magistral yola getmək idi. Maraqlı gəlirdi. Çünki qar yağanda yol buz olduğu üçün avtomobillər çox yavaş sürür.
Ama magistrala çatmağa az qalmış avtomobillərin səsindən sürətli getməsini hiss etdim.
Gəldim çatdm. Bütün yol açıq idi. Qar ərimişdi. Gözlədiyim mənzərə ilə qarşılaşmadığım üçün üzüldüm doğrusu.

Screenshot_20220120-233005_Gallery.jpg

Lakin sürücülər adına sevindim. Lazım olan yerə rahatlıqla gedə bilərdilər.

Son olaraq hər torpağa bərəkət dolu qar arzu edirəm.

Sort:  
 2 years ago 

Bizə kənddən qar göndər, qucaq dolusu.

 2 years ago 

Hər fəslin öz gözəlliyi var. Qış Ksıbın Fəsli olmasa da, qış özü də bərəkətli fəsildir. ALLAH cəmi dünyasını dəyişənlərə rəhmət etsin, xəstələrə şəfa digərlərinə də sağlam xoşbəxt həyat nəsib etsin AMİN İNŞƏƏALLAH🤲

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 60238.27
ETH 3215.90
USDT 1.00
SBD 2.46