Uğursuz Fevralın son günü

in Steemit Azerbaijan☪✔2 years ago

Salam sabahınız xeyir əziz Steemitciler! Yeni iş heftemiz uğurlu olsun. Bu gün uğursuz Fevralın son gününü yola salırıq. Ne üçün uğursuz deyirəm ? Çünki ancaq acı xəbərlər eşitdik. Ən üzücü xəbər isə Ukrayna da olan hadisələr və həmyerlilərimizin köməksiz vəziyyətdə qalması . Hele bu azmış kimi 7 vətəndaşımızın içinde tələbələr də olmaqla həlak olması. Bəs bu günahsız qətlə yetirilən tələbələrin cavabdehi kim olacaq? Səfirliyimiz buna ne cavab verəcək mənə çox maraqlıdır. Dünən isə Tərtərə bir şəhid gəldi. Yenə bir evin çırağı söndü,bir ananın saçı ağardı,bir atanın qəddi büküldü. Fevral ayı uğursuz gəldi,ya dünya birliyi uğursuz işlərə imza atır? Ümumiyyətlə 2022 ci il çox bədbin gəlib. Hər bir gənc kimi,bir tələbə kimi tələbələrimizin köməksiz vəziyyətdə həlak olması məni çox üzdü. Çünki bəlkəde o tələbələrin hər biri gələcəyin bir iqtisadçısı,bir hüquqşünası,bir ziyalısı idi. Bu gün fevralın son gününü yola salırıq, getsin amma birde belə gəlməsin.Artiq bu aya nifrətim artır. Çünki gəncliyimizden 7 nəfəri aldı, ordumuzdan əsgərimizi aldı bizdən. Bu durumda içimden dünyaya Siz qatilsiz deyə haray çəkmək istəyi gəlir. Ancaq faydasız mücadilə di. Ən acı vəziyyət isə telebimizin cəsədinin döyüş meydanında qalmasıdır. Allah səbir versin əzizlərinə. Bir acı xəbər isə indi gəldi. Vətən müharibəsinin qəhrəman qardaşımız Göyçay Dövlət Idarəetmə və Texnologiya kollecinin ikinci kurs tələbəsi dəm qazından zəhərlənib həyatıni itirdi. Yetər artıq bədbin Fevral ! Birde belə gəlmə. Əziz dostlar,əziz tələbələr hamama daxil olarkən yoldaşlarınızı tez tez səslərin.Amansiz dəm qazı vaxt itirmədən əzizlərimizi bizdən alır. Özünüzü qoruyun.

IMG_20220228_101415.jpg

IMG_20220228_101345.jpg

Sort:  
 2 years ago 

Vəfa xanım inanın ki ürəyim parçalanır o tələbələrin öldürülməsinə bilmirəm ki kimi günahkar bilim pisxloji olaraq fevral ayını günahkar bildim. Bu aralar sözlə deyilmeyecek qədər pisəm mənim ölkəmin gənci səhlənkarlığı ucbatından öldü. Vaxtında onlara təxliyyə etmədilər

Hər kəsin bir şeylər yazmaq istəməsi və təssüflər olsun ki bütün yazıların boşa getdiyi andayıq. Əlimizdən başqa şey gəlir mi, xeyr?!!
Fevral deyil uğursuz, təbii ki hər bir şeydə insan əli var. Təbii ki günahkar yenə də insandır..

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 59329.35
ETH 2613.53
USDT 1.00
SBD 2.44