Orqanizmdə vitamin çatışmamazlığınin fəsadlari

in Steemit Azerbaijan☪✔2 years ago

Salam əziz Steemitciler! Necəsiz? Demək olar ki yazın ətrini duymaq olur. Əsən külək, əslində Novruz küləyi deyilir, bənövşələrin çıxması və sair. Hamımıza məlumdur ki fəsil dəyişikenliyi səhhətimizde müəyyən problemlər yaradır. Artıq mən hiss edirəm özümde ki narahatlıqları. Yuxulamaq, əsəbilik, yorğunluq, işləməmek həvəsi və sairə . Bütün bunların kökündə heç demə vitamin çatışmamazlığı durur. Bunlara aydınlıq gətirmək üçün terapevt Yeganə doktur ilə həmsöhbət oldum. Doktur vitamin çatışmamazlığınin fəsadlari nələrdir sualına belə cavab verdi. İlk növbədə gözde görmənin itməsinə səbəb olur. Bu A vitamini çatmayan da olur. Əgər A vitamini çatmırsa gözde kormea şəffaflığını itirir və gece korluğu problemi meydana gəlir. Ikinci növbədə ümumi yorğunluq . Bu yorğunluq uzun müddətli də olsa bilir. Beynimizin enerjisi demək olar ki tükənmiş vəziyyət də olur. Bu səbəbləri yaradan isə B1 vitamininin çatışmamazlığıdir. Yeganə doktur deyir ki , vətəndaşları ən çox da qanazlığından şikayət edirlər. Buna səbəb isə hər birimizə hava su kimi lazım olan B9 vitamininin çatışmamazlığıdir. Bunun üçün ən çox alma yeməyi məsləhət gördü doktur, çünki almanın tərkibində dəmir var buda qanartmaya kömək edir. Sümük ağrıları. Hal hazırda 50 faiz insanın əziyyət çəkdiyi bir xəstəlik. Mütəxəssislər həyəcan təbili çalmağa başlayır ki artıq insanlar gənc yaşlarından sümük iliyi və ya qığırdaq yeyilməsi ilə üzləşirlər. Bu isə D vitamininin çatışmamazlığıdir. Sümük ağrısı bütün orqanizmlərde hiss edilir və bəzən bu halsızlığa gətirib çıxarır. Burun qanaması hal hazırda mənim düşdüyüm durumdu. Gün ərzində iki dəfə burun qanayır buda əsəblərimi temiz pozub. Tək burun qanaması yox dişlərdə də qanama müşahidə olunanda K vitamini çatışmamazlığı hökm sürür. Bəzən şikayətlənirik ki saçlarımız tökülür, günahkar isə şampun istehsalçısini bilirik,əslində əsas faktor H vitamini və biotin B 7 vitamini çatışmamazlığı səbəbidir. Bu üzdən də saçlarda kəpək, qırılmalar, tökülmə prosesi baş verir və insanda diskomfortluluq yaradır. Vitamin çatışmamazlığı sindromu uşaqlarda da daha çox rast gəlinir. Bəzən valideynlər övladlarının dərs oxumamısindan,çox aqressiv davranışlarından və yaxud passiv olmaqlarindan şikayətlənirler. Bəzən uşaqlarda zehni yorğunluq rast gəlirik. Bunlara da səbəb bədənin tələb etdiyi vitamininin miqdarının az olmasıdır. Bəs biz təbii yolla bu vitamin çatışmamazlığıni necə bərpa edə bilərik? Doktur ilə söhbətimizi bitirib sağollaşıb eve geldim. Söhbətimizi yaşlı nəslin nümayəndələri ilə davam etdim. Hicran bibi deyir ki bu qidalar da D vitamini mövcuddur.

  1. Balıq.2. Kartof 3. Göbələk. 4. Yumurta 5. Süd məhsulları.
    C vitamini bu meyvələr də çoxdur.
  2. Portağal.2 Qreypfrut. 3 . Limon. 4 Mandalin. 5. Kivi
    E vitamini. 1. Günəbaxan tumu 2. Badam 3. Göyərti və sair. Əziz dostlar bildiklərimi sizinlə bölüşdüm hər zaman sağlam olun .

102513.jpgLink to Photos

f3e5f5.jpgLink to Photos

Sort:  
 2 years ago 

Aleykum SALAM. Şükür salamatlıqdı.Nəhayət post yazıldı🤲 Vitamin çatışmazlığının ilkin səbəblərindən biri də və hətta deyə bilərəm ki, ən əsası istifadə etdiyimiz qidalardır. Geni dəyişilmiş, fərqli üsullarla istehsal olunması və s. "A" vitamini çatışmazlığı fəsadına "Toyuq korluğu" da deyirlər. Bunu illər öncə sual-cavab verilişlərinin birində eşitmişdim, o vaxtdan beynimdə saxlamışam. B9 yox B6 eşitmişəm. Qanın əsas tərkib hissəsində vacib olan hissəciyi hemoqlabindir... B6 da qanda hemoqlobini bərpa edir. Hələlik bu qədər 😉

 2 years ago 

Salam sabahınız xeyir. Bəli qidaların keyfiyyətsizliyi bizə fəsadlar yaradir. Toyuq korluğu bəli gecə görməde çətinlik yaranır deyə bu adı qoyublar. Inanın postu yazana qədər bütün əsəblərim korlandi aləmi qatdım bir birinə sonda özü düzəldi inşallah ki her birimiz sağlam olaq.

 2 years ago 

Salam. Hər vaxtınız xeyirli olsun. AMİN İNŞƏƏALLAH🤲Çalışıb bir balaca təmkinli olun. Çətin də olsa dözmək lazımdır. Başıma gələnlərdən deyirəm. İşi düzüb-qoşduqdan sonra adam diqqət edirki, əsəbiləşmək eləcə özünə qalır və ziyan verməkdən başqa bir xeyri yoxdur. Dualarınıza görə çox sağ olun. Qarşılıqlıdır. AMİN İNŞƏƏALLAH🤲

Coin Marketplace

STEEM 0.18
TRX 0.11
JST 0.027
BTC 64830.63
ETH 3391.10
USDT 1.00
SBD 2.33