Club# 5050(100% beneficiaries forSteemit Azerbaijan) Təmir vaxtı

in Steemit Azerbaijan☪✔2 years ago

Screenshot_2022-05-28-21-08-16-403_com.whatsapp.jpg
Salam dəyərli dostlar necesiz? Qadınlar zəif varlıqdır deyilən bir anlam var. Yeni əksəriyyəti elə bilir ki qadın kişi işlərini görə bilməz. Tamamilə yanlış bir düşüncə. Indi qadınlar da var ki.hem maşın ustası, elektrik ,taksi şoferi və sair kimi işlərdə işləyirlər. Beli bu gözəl bir təşəbbüsdur. Bütün ağır işləri kişi görməlidir kimi bir qanun yoxdur. Bəzən elə yerlərdə çıxılmaz duruma düşürük ki , yanımızda bəylər ola bilməz və düşdüyümüz vəziyyətdən özümüz çıxmalıyıq.Bu gündə seher adəti üzrə isə gəlib kompüterləri yandırdım . Nədənsə mənim işlədiyim kompüter prosessur açılmadı. Neçə gündü işıqda da problem var idi deyə şübhələndim ki yəqin qısa qapanma olub və sxema yanib. Bildiyim bütün üsulları sınamaq qərarına gəlib işə başladım. Vətəndaşların sualları və kompüterin açılmaması meni darıxdırırd. Bir xanım müştəri əyləşib təəccüblü halda mənə baxırdı. Yəqin ki özlüyündə düşünürdü ki qız uşağı və atvelka kəlbətin! Prosessoru acdiqca xanımın təəccübü üzündən hiss olunurdu. Bir yaşlı dayı gəldi və gülə gülə qızımız hər işi bacarır dedi. Bəli qapaqi açdım və içərisinə baxanda qəti şəkildə bunun platasi yanib deyə qərar verdim . Müdir gəldi və oda vəziyyətdən çıxış axtarırdı. Sonda yenədə platasi yanib deyə israr etdim.Beli usta çağırdıq və məlum oldu ki plata yanıb və ustanın bu sözünə içəridə gülüş qopdu. Hamı mənə baxırdı ki sən deyən duz oldu.biraz keçdi ki yuxarı sağlamlıq merkezinde işləyən xanım gəldi ki ışığımız yanmir və yuxarı qalxdım ki avtomat atıb. Onu da təmir edib düşdüm aşağı və işimizə davam etdim. Hər şeyi kişilər edəcək deyə bir qanun yoxdur. Xanımlar da hər zaman surpiriz hadisələrə hazır olmalıdır. Gecəniz xeyrə qalsın əziz Steemitciler!
Screenshot_2022-05-28-21-08-09-911_com.whatsapp.jpg

Coin Marketplace

STEEM 0.23
TRX 0.12
JST 0.029
BTC 66134.08
ETH 3556.67
USDT 1.00
SBD 3.13