Club# 5050(100% beneficiaries for Steemit Azerbaijan)8 may tarixdə bizim üçün nedi

in Steemit Azerbaijan☪✔2 years ago

Salam her vaxtınız xeyir dəyərli dostlar. Bu gün bilmirəm hislerimi necə ifadə edim. Həm sevincliyəm həm kədərli . Çünki 30 il 8 may Şuşanın işğalı kimi tariximizə yazılıb. 30 il Xarı Bülbül bizim yolumuzu gözləyib.Barit iyindən küsən Xarı bülbül igidlerimizin oraya ayaq basmasindan qurrelenir. 8 may kimisi üçün ad günü kimisi üçün özəl bir gün ola bilər
30 il 8 may tək Şuşalilar üçün yox bütün Azərbaycan üçün qan yaddaşı idi. Hətta bir rəfiqəm var idi ad günü 8 mayda idi. Heç vaxt ad gününü qeyd etmirdi. Bu gün isə ilk dəfə idi ki ad günün qeyd edirdi.ad günü tort simvolik olaraq Xarı bülbül formasında idi. Bu gün isə qürurla Şuşa azadlığın mübarək deyirik. Şuşalilar nəyinki Şuşalilar bütün Azərbaycan azadlığın dadını həzin həzin hiss edir. Dünən bütün hər yer Şuşa azadlığın mübarək şüarı ilə bayram qeyd etdi. Əlbəttə ki şəhidlərimizin, qazilərimizin,veteranlarımizin sayəsində. Beli o torpaqları azad etmək üçün necə evin çırağı sönüb. Allah şəhidlərimizə rəhmət eləsin.Qazilerimize can sağlığı versin. Şuşa üçün döyüşənlər içərisində azsaylı xalqların da igidləri olub. Necə ki Albert Aqaranuv başqa millətin nümayəndəsi olduğu halda Şuşa üçün döyüşmüşdu. Əziz Şuşalilar sizi səmimi qəlbdən təbrik edirəm. Müstəqil Azərbaycan azadlığın əbədi olsun.
1604837373_124181205_830106001081252_3280970724164412119_n.jpgPhoto

Sort:  
 2 years ago 

Çox gözəl paylaşımdır.👏👏👍

 2 years ago 

Teşekkür edirəm Orxan bey

Coin Marketplace

STEEM 0.18
TRX 0.12
JST 0.027
BTC 64664.97
ETH 3401.05
USDT 1.00
SBD 2.31