Camat içine necə çıxacağıq prinsipi
Salam əziz Steemitciler! Sizə xoş istirahətlər. Məlumdur ki hamımızın aktual mövzulardan biri bu ilki 11 - lerin imtahan nəticələridi. Her halda hamımızın qohumları və yaxudda etrafında tanışları arasında intahan verən abituriyentlər var. Cavablar heç də ürək açan deyil. Əlbəttə ki valideyinlər pərişan halda bizə üz tuturlar. Düzdür uşaqlar da haqlı tərəfləri var. Çünki açıq suallar düzgün qiymətləndirilmetib. Amma məsuliyyətsiz abituriyentlər de çoxdur. Uşaqların zəif neticesi menide pərişan etdi. Baxmayaraq ki mene doğma olmasalar da bir anlıq özümü onların yerinde tesevvur etdim. Hemde ki cəmiyyətimizə savadlı gənclər lazımdır. Meni en çox üzən ise valideyinlərin uşaqlara tepkisi idi. Camaat bize gulecek.o qədər müəllim yanına pul verdik ve sair şüur altı düşünceler. Abituriyent 34 bal toplayıb ve 3 ildi hazırlığa gedir. Əlbəttə ki valideyn haqlıdır .eziyyet çəkir uşağı üçün. Əlbəttə ki uşaq da bunu düzgün qiymətləndirməlidir. Valideyn özünü öldürür ki mən camaata ne deyecem. Mən bir söz dedim ki siz uşağa ödənis edende sizdən soruşurdular ki necə ödəyə bilirsiz pulu? Dedi ki yox. Dedim bəs siz borclusiz ki hesabat verəsiniz. Bu söz sanki xanımı sakitləşdirdi ve getdi. Digər bir valideyn isə menim qezebime tuş gəldi. Qızı 67 bal toplayıb. Əlbəttə ki ürək açan deyil. Valideyn inad edir ki mütləq harasa qəbul olmalıdır bu il. Deyirəm ki növbəti il üçün hazirlassin. Ananın cavabı ne olsa yaxşıdır. Gecikir axı. Qızın hele 17 yaşı var. Sual verdim ki neye gecikir? Onun yaşıdlarınin uşağı var sözü məni özümdən çıxardı. Pisxologiyaya baxın e siz. Ümumiyyətlə bu camaatın uşağı, xalxin uşağı sözü niye bizde geniş vüsət alıb bilmirəm. Bu qədər abituriyent intihar edir. Bele vaxtlarda uşağın pisxologiyasi ile oynamaq yox ona destek lazımdır. Düzdür məndə öz emi xala uşaqlarıma zülm edirdim ders oxumaq üçün. İnanın ki döyub sınağa gönderidim ki pisxloji hazırlıq olsun gelecek imtahanlarda. 5 bal yığmış olsa belə onlara dəstək olurdum. Bir dəfə xalam qızını ders oxumağa göre döyüb sınağa gondedim. 76 bal yığdı. Mene sual verdi ki nə əcəb meni doymedin az bal yigdim. Deyirəm ki məne nəticədən əvvəl sənin özünü rahat hiss etməyin lazımdır. İkinci sınaqda 250 bal digər sınaqlarda isə 400 bal ve sonunda tələbə oldu. Demək istəyirəm ki mən ne qədər pul verdim sen zəif yazdın camata ne deyəcəyik biabır olduq termini ilə yaşamayaq. Uşaqlara motivasiya verək və gözəl nəticə əldə edək