Baş ağrılarını yaradan səbəblər

in Steemit Azerbaijan☪✔2 years ago

Salam əziz Steemitciler,! Çərşənbəniz mübarək olsun.Her birinizə sağlam ömür arzulayıram. Mövzu olaraq niye baş ağrılarını seçmişəm? Çünki özümde tez tez müşahidə olunan prosesdir. Mən xidmət sahəsində çalışıram və bildiyimiz kimi ali təhsil müəssisələrində sənəd qəbulu prosesidir. Işimin ən qaynar vaxtında çağırılmamis qonaq gəldi. Anidən gələn pirustup meni işləməyə imkan vermədi. Pirustup ilə yanaşı ürək bulantı və halsızlıq. Təsəvvür edin hamı sənəd vermək üçün növbə gözləyir mən isə artıq baş ağrısına təslim olmuşam və eve getməyə hazırlaşırdım. Çünki elə bir vəziyyətdə mən xidmət göstərə bilməzdim. Bu gün də işə gedə bilməmişəm.cunki amansız ağrı meni ayağa qalxmağa imkan vermir. Təkcə bas ağrısı olsa ne var idi. Göz nahiyəsində şiddətli ağrılar sözlə əvəz olunmazdı. Men dəfələrlə müayinə olunmuşam və diaqnoz Miqren qoyulub. Yaz və payız aylarında bu xəstəliyin ən şiddətli dövrü olur. Bəs bu miqren nədən yaranır. Bəzən gənclik sehvimizden də yaranır. Çünki saçlarımız yuyulduqdan sonra qurudulmur boyun nahiyəsinde yaş qalır və xəstəlik özüne orda məskən salır. Artıq bu səbəbdən saçlarımı da kəsdim. Bəs hər baş ağrısi miqren ola bilər? Əlbəttə ki xeyir! Baş ağrısı orqanizmdə ciddi bir xəstəliyin siqnalidir. Baş ağrılarına səbəb kelle beyin travması və gərgin iş qrafiki də səbəb olur.Hemcinin stress depressiya baş ağrılarına qol qanad verən səbəblərdir. Mən həkimə şikayət edirəm ki beynimdə ağrı var. Həkim isə buna inkar olaraq deyir ki beyində ağrı olmur beyin ətrafı və boyun nahiyəsinə damarları sıxılır.Bes bu miqren ilə necə mübarizə aparmaq lazımdır? Əsas amil qida rasionunuza diqqət etməliyik. Içkilər şokalad kofeinli içkilər qəti qadağandır. Baş ağrısından qurtulmaq üçün otağımız sərin qaranlıq və səssiz olmalıdır. Özüm də elə edirdim. Istəmirəm kimsə məni çağırsın. Düzdür narahat olub gəlib hal ehval tuturlar. Amma mən qaranlıqda daha rahat oluram və sessizlik mənə daha huzur verir. Əslində yuxu pozğunluğu da baş ağrısına səbəb olur. dostlar bəlkəde çoxumuz həftə içi işləyib hefetinin sonunu gözləyirik ki çox yataq . Əslində bu çox yanlış fikirdir. Göz yorğunluğu da baş ağrısına sebeb olduğu üçün işe fasilə vermek lazımdır. Və bir xüsusi amil də qeyd edim ki gün ərzində çox kofe içmək olmaz. Əzizlərim hər biriniz sağlam olun . Sağlam bədəndə sağlam ruh olar. Ruhunuz bu çərşənbədə hər zaman sevimli sağlıqlı olsun.
IMG_20220308_105628.jpg

IMG_20220210_105701.jpg

Coin Marketplace

STEEM 0.18
TRX 0.11
JST 0.027
BTC 64830.63
ETH 3391.10
USDT 1.00
SBD 2.33