12 Mart Daxili Qoşunlar Günü və Qürur günümüz.

in Steemit Azerbaijan☪✔2 years ago

Salam əziz Steemitciler! Necəsiz? Bu gün bizim üçün tarixi günlərdən biridir. Çünki xalqımızı qoruyacaq ordumuzun daha dəqiq Daxili Qoşunların yarandığı gündür. Bəli bu hər bir Azərbaycanlı üçün əlamətdar gündür. Çünki artıq qanı və cani bahasına Azərbaycan müstəqillik qazanmışdır. Əlbəttə ki hər bir müstəqil dövlətin də güclü ordusu da olmalı idi. Düzdür bəzi hegemon dövlətlər istəmirdi bizim ordumuz olsun. Çünki əsirlər boyu Azərbaycanın sərvətlərini talayıb aparıblar. Yəqin ki bir çoxumuzun emisi dayısı atası hərbi xidməti xaricdə keçiblər. Heç Sizde sual yaratmayib ki niyə məhz xaricdə xidmət keçiblər? Əlbəttə ki bəzilərinin tərif yağdırdıgi SSRİ nin planlı məkirli niyyəti idi. Heç bir Azərbaycanlı silahdan istifadə ede bilmesin və ölkəsinin azadligi uğrunda mübarizə aparmasın. Əlbəttə ki xalqımın azadlıq əzmini qıra bilmədilər eli yalın tankların qarşısına çıxdılar. Bəli bu gün ordumuzun olmağı bizim fexrimizdi. Daxili qoşunlarda xidmət edən yüzlərlə qardaşlarımız şəhid oldu. Qeyd edim ki daxili qoşunlara prezidentimiz tərəfdən xüsusi diqqət yetirilir. Daxili qoşunlar təkcə vətənimizin bütövlüyünü qorumaq üçün yox həmdə ölkəmizde asayişi qorumaq üçün də zəruridir. Bəli deyə bilərəm ki daxili qoşunlar müstəqil dövlətimizin ayrılmaz qoludur. Allah bütün əsgər yolu gözluyen anaları ataları sevindirsin
Qoşun növunden asılı olmayaraq rahatlığımizi təmin edən bütün hərbiçi və əsgər heyətini qorusun. Ordumuz gücümüzdur. Ordumuz qürurumzdur. Zəferin mübarək vətən oğulları!
IMG-20201231-WA0000.jpg

IMG-20210106-WA0020.jpg

Coin Marketplace

STEEM 0.23
TRX 0.12
JST 0.029
BTC 66120.88
ETH 3555.65
USDT 1.00
SBD 3.12