Yumşaq güc

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Sovet şinelindən çıxmış insanlar Vladimir İliç Leninin bu sözünü eşitməmiş olmaz. "Kino mədəniyyətin ən güclü silahıdır." Leninin zamanında çoxhissəli seriallar çəkilmirdi. Amma, ancaq və lakin serialları da bu fikirə calamaq olar.

images (1).jpeg

Son dövrlər qardaş ölkəmizin serial sektoru nəhəng addımlar ataraq dünyada adından söz etdirməyi bacarıb. İstər tarixi, istər çağdaş zamanla bağlı serialların əksəriyyəti Türkiyə sərhədlərini aşa bilir.

Muhteşem_Yüzyıl_1_Sezon.jpg

Məlum həqiqətdir ki, çağımızda seriallar ölkələri tanıtmaq adına ən təsirli yollardan biridir. Türkiyə seriallarınn yayılma coğrafiyası Mərkəzi Asiya ölkələri , Cənubi Qafqaz , Rusiya , İran , Ərəb ölkələri , Şimali Afrika və hətta Latın Amerikası ölkələrini əhatə edir.

220px-Diriliş_Ertuğrul_S2.jpg

Bununla da Türkiyə tarixini , mədəniyyətini və turizm potensialını daha qabarıq göstərir. Əlindəki "yumşaq güc" hesabına Türkiyəyə olan maraq və sevgini artırır , turist axınını gücləndirir.Son on il ərzində keçmiş Osmanlı coğrafiyasında nostalji anlar yaşanmağa başlayıb artıq. Bu Türkiyənin böyük uğurudur.
Bir gün bizdə də belə işlərin görüləcəyi ümidi ilə...

Coin Marketplace

STEEM 0.16
TRX 0.12
JST 0.026
BTC 56792.41
ETH 2444.34
BNB 487.19
SBD 2.39