Soyuq əllər isdi ürəklər

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Sabahınız xeyir əziz steemit ailəsi dünəndən şəhərin mərkəzində soyuq əllər isdi ürəklər fəaliyyətə başlayıb hər bayram Tarqovuda qurulur və əslində pul tələsidir 100 dən çox oyun yemək , çərəz var mümkün deyil birinə aldanmıyasan mütləq çıxana kimi 3-4 manatı orda qoymalısan. Bütün hər şey elə qurulub ki ya gözü yumulu gəzməlisən ya mütləq beyin sənə bunu al bunu al siqnalı verib səni onu almağa məcbur etməlidir.

20211201_184103.jpg

Şəhəri gəzməyi xüsusəndə tək gəzməyi çox sevirəm ətrafdakı insanlara baxanda niyə sualları insanı alıb aparır. Çox çalışqan insanımız var ama qarşılığı varmı???? Yoxdu .Bedbin olmayım deyirəm özümə bəzən ama olmur . Belə bir yerə ailə ilə gəlmək az büdcəli ailənin 1 aylıq gəliridi az qala . Bəzən şəhərdə bir ata ilə uşaq və ya bulvarda ata övladları ilə gəlir ata bunu alaq deyəndə atanın üzündəki ifadə insanı sarsır almasan olmur özünü atanın yerinə qoy bir anlıq necə yox deyəsən pulumuz azdı deyəsən ?

20211201_184059.jpg

Yurdum insanı bir hissəsi xoş yaşasada bir hissəsi hələdə əziyyətlər içindədir ..
Əşi fərasəti yoxdurda !! Aglı olsa olardı !!! Oxumaq lazımdı oxusaydı olardı !! Demək ən başlıca səf və yalnışdır hər kəs oxumalı deyil hər oxuyanda Molla Pənah Vaqif deyil insaflı cəmiyyət olsun yetər insaflı cəmiyyət olarsa oxumayan ,oxuyandan daha çox qazanar ..İnsana əməyə dəyər vermədikcə bu cəmiyyət hər zaman varlının atdığı çörəyə kasıb həsrətlə baxacaq .

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 56430.09
ETH 2323.65
USDT 1.00
SBD 2.35