Səhərin enerjisi
Salam əziz steemit ailəsi bu günü bir az hərəkətli bir az enerjili başladıq . Əvvəl bir az hərəkət edək qaçaq deyə bulvara yollandım . Hər zaman belə bir deyim var ki Ərkən qalxan çox yol alar mən də bu deyimi hər zaman öz həyatımda isdifadə edirəm. Ümumiyyətlə hər zaman həyatda hansısa fəlsəfəyə əsaslanmaq lazımdır ki bu səni motivasiya etsin. Tənbəl adamdan bir şey çıxmaz . Belə bir məsəl var ki çoxumuz yəqin ki eşitmişik ki tənbəl deyər ki ver yeyim ört yatım gözlə canım çıxmasın. Çalışın real həyatda kimdənsə aslı olmayın getdiyiniz hər yerdə , hər işdə ən yaxşısı olmağa çalışın.siz ən yaxşısı və yaxşılardan biri olduqda sizdən vazkeçmək çətin olacaq . Bu da sizi digərlərindən fərqləndirəcək . Gözəl günlər diləyi ilə.