Qəribə hiss
Salam əziz steemit ailəsi artıq elə bir dövürə gəlmişik ki yolda birini od tutub yansa eşi sehirbazdı deyərik və ya biri ehtiyaclar içində qıvrılsa dönüb baxılmaz . Bunun səbəbi insanlarda inamı qırılmasıdır düşünürəm . Həqiqi ehtiyaclı qalır kənarda digərləri elə bir vəziyyət yaradır ki insanlar artıq inanmamağa başlayır. Başıma gələn kiçik bir əhvalatı yazacam indidən oxuyan hə kəsə təşəkkürümü bildirirəm.şəkillər sadəcə diqqət üçündür.
Keçən il dənizkənarı milli parkda kioskda ( butkada) satıcı işləyirdim bir nəfər kalyaska ilə gəldi bir qədər yanımda durdu 1-2 şey aldı o an bəlkə pul almayıb savabdır hissi keçdi içimdən ama bixtiyar özümdən yox eee alacam məndə 3-5 manata işləyirəm deyə bir hiss gəldi və pulu aldım bu şəxs getdi qayıdarkən yenə gəldi və bir xeyli söhbət etdi kalyaska ilə gəzdiyini dilənmədiyini insanların özünün yazığı gəldiyini danışdı məndə Allah köməyin olsun falan ama sanki içimdə isdəksizcə bu insana güvənim yox idi . Bu beləcə hər gün eyni və ya yaxın saatlarda keçir bəzən xirda pulunu iri pul edir gedirdi . Kənardan baxanda dostuq sanırdı bir gün niye beləsən söhbətini saldım ayağı ilə bağlı dedi bizdə nəsildən keçmədi falan ama o gün diqqət etdim ki ayağını kalyaskadan rahat qoyur yerə sonra gedəndə ayağını əli ilə deyildə bir başa tərpədə bilir .ayağı işləməyən biri topuqdan rahat necə qaldırır???
Ona heçnə demədim ama maraqlı idi artıq içimdəki o hiss doğru çıxmışdı bu adamda nəsə var idi hər zaman məndə o şey var ki biri məni aldatmaq isdəsə bu boyda şəhərdə anidən qarşıma çıxar özüdə unmadan . Yol ilə gedirdim birdən yolun o biri kənarında bunu gördüm əvvəlcə yəqin oxşadıram dedim deyib diqqətlə baxanda gördüm yox budur anidən bunun gözüdə mənə sataşdı yolun o tərəfində o bu tərəfində mən yolu keçirdim buna tərəf qaçmağa başladı. Məndə yolu keçənə kimi ara yollarla yoxa çıxdı . Ondan sonra gözə dəymədi bir dahada bulvara gəlmədi. Belə insanlar insanların inamını qırır insan həqiqi ehtiyaclıyada inanmaq isdəmir.