Fani Həyat

in Steemit Azerbaijan☪✔3 years ago

Salam əziz steemit ailəsi həyatın fani olduğunu düşünərək fikirlərimi sizlərlə bölüşmək isdədim. Bir dünyaki hər an içində olüm varsa , yolda gedərkən, avtobusda , maşında ,yatarkən bizi gözləyən bir ölüm varsa niyə qəlb qıraq ? Niyə küs qalaq? Bir həyat ki sonunda ölüm varsa o zaman pozitivlikdən geri durma qoy səni şən xatırlasınlar təbəssümün yaddaşlarda qalsın. Yəqin ki çoxumuz rastlaşmışıq bir yaxşı insan vəfat edəndə Eldən köçdü deyərdilər . Əlbət ki ölən hər kəsə rəhmət oxunur ama fərq var 1 i var ki öldüyün üçün rəhmət oxuna biri var əməlin üçün rəhmət oxuna.

1648893110207.jpg

Hər zaman alimlər , dahi şəxslər gözəl hikmətli sözləri ilə kəlamları ilə yaddaşlarda qalır . C.Süreyanın sözləri hər zaman çox hikmətli , mənası dərin olur anlayana. Bir məsəl var ki anlayana bir içarə anlamayana zurna , balaban gətirsəndə xeyri yoxdu. Bəlkədə bu yazını oxuyanda küs olduğunuz biri varsa onu xatırlayın telefonu alın məncə zəng edin . Həyatı bilmək olmaz siz barışmaq üçün yığmadığınız biri həyatdan köçdükdə ağlayıb cəhd etsənizdə nafilə olacaq.

cok-guzel-gulumsuyordu-sevmeden-gecemedim.jpg

Başqa sözlərində belə deyirdi çox gözəl gülümsəyirdi sizcədə elə deyilmi ? Hər kəs gülümsəyir ama sevənə sevdiyinin gülümsəməyi bir başqa gözəl görsənmirmi? Həyatda xoşbəxt olmağa çalışın az pulla , maşınsız, evsiz, inanın ki hər şeyi olub xoşbəxt olmayan insanlar, saxta gülən insanlar, bir yerdə çay içib bir birindən zəhləsi gedən o qədər insanlar var ki. Siz siz olun gerisi nafilədir hər şey öz yolunu tapacaq. Hər kəsə həyatda səmimi gülüş arzu edirəm oxuduğunuz üçün təşəkkürlər.

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.029
BTC 76015.33
ETH 2892.38
USDT 1.00
SBD 2.58