4-cü növ (The Fourth Kind)

in Steemit Azerbaijan☪✔2 months ago (edited)

68307-01.jpeg
image
Bu paylaşımda sizə sənədli film janrına yaxın olan və real hadisələr əsasında çəkilmiş, həmçinin içərisinə müxtəlif insanlarla aparılmış hipnotik seansların real kadrları da əlavə edilmiş və baş rolunu "Milla Javovich"-in canlandırdığı bir filmi təqdim etmək istəyirəm. Filmdə 2000-ci ildə ABŞ-da yerləşən "Alaska" əyalətinin "Nome" şəhərində baş verən müəmmalı hadisələrdən bəhs edilir. Əsas hekayəsi Dr.Abigail Tylerə həsr olunmuş bu filmdə doktorun həyat yoldaşının sirli ölümü və kiçik qızının naməlum varlıqlar tərəfindən (yadplanetlilər) qaçırılması təsvir olunur. Öz pasientləri ilə psixoloji söhbətlər aparan və onların yaşadıqlarını, gördüklərini analiz edərək araşdırma aparan psixoloq həkimin, öz həyat yoldaşının da ölümünə yadplanetlilərin səbəb olması şübhəsi onu daha da narahat edir. Hipnoz yaşayan pasientlərin isə seans zamanı qəribə hərəkətləri, həmçinin seansdan sonra intihar halları FBİ da işin içərisinə daxil olmasına səbəb olmuşdur. Həm özünün, həm pasientlərinin, həm də ailəsinin başına gələn bu naməlum hadisələr zamanı bilinməyən varlıqların səslərindəki qədim "Şumer" dili ilə səslənən sözlər və ifadələr uzun illər bu dilin araşdırması ilə məşğul olmuş "Awolowa Odusami" tərəfindən tərcümə edilmiş bu kəlimələrdən bir neçəsi "yaradılış", "insan irqi", "tanrı mənəm" mənalarını verir. Baş verənlərə baxmayaraq, illər keçsə də bu hadisələrin sirri hələ də açılmamış Dr.Abiagil Tylerin isə kiçik qızı heçbir zaman tapılmamışdır. Günümüzdə UNO-lara dair mövzular, hadisələr hələ də öz aktuallığnı qorumağa davam etsə də, dünya üzərində 1930-cu ildən bu yana 11 milyon insan onları gördüyünü iddia etsə də, bu mövzuda nəyə inanıb nəyə inanmayacağınızı seçmək yenə də sizə qalmış bir şeydir.
Filmə baxmaq istəyənlər aşağıdakı linkə daxil ola bilərlər
https://720pizle.net/izle/dublaj/the-fourth-kind.html?player=pub

Sort:  
 2 months ago 

Maraqlıdır. Təşəkkürlər. İzləyərəm.

İzləyin peşman olmazsınız

 2 months ago 

Deyəcəkdim ki, linki qoy biz də baxaq, edit etdi))

Coin Marketplace

STEEM 0.49
TRX 0.09
JST 0.067
BTC 48986.91
ETH 4285.37
BNB 580.91
SBD 6.17