Xocalı Faciəsi

Salam Steemit Azərbaycan. Necəsiniz? Günləriniz necə keçir? Bu gün sizlərə 26 fevral Xocalı Faciəsi haqqında yazacam.
4795656_d.jpgLink
Xocalı faciəsini ermənilər törədib. Xocalı faciəsi 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə ermənilər Rusiyanın 366-cı motoatıcı alayının iştirak etməsi ilə Xocalını işğal edib soyqırım törətmişdir. Və həmin gecə Xocalıda yaşıyan günahsız insanları qətlə yetirmiş,işgəncə verilmişdir. Ermənilər Xocalıdakı soyqrırımda uşaq,qoca,cavan,qadın,əlil olmaqlarına baxmayaraq və bunun müharibə qanunlarına uymadığını bilə bilə bu soyqrımı törətdilər.

5c6e8d07a4f8e.jpgLink
Bilirsiniz SOYQIRIM bir ailənin bütün üzvlərinin və insanların qırılmağına qətlə yetirilməsinə deyilir. Həmin gecə Xocalıdan qaçıb Xankəndinə sığınmaq istəyənlər oldu. Amma bəzilərini yolda bəzilərini dağda öldürdülər. Soyqırım nəticəsində 63 uşaq,106 qadın,70 qoca və 613 Xocalı sakini öldürülmüşdür. Və 8 Ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini itirib. 130 Uşaq isə sadəcə valideynlərindən birini itirib. Həmin gecə 1275 insan əsir götürülmüşdür. Və bizə bu görüntüləri Milli qəhrəman adını alan Çingiz Mustafayev çəkib göstərmişdir. Bəlkədə o bu cürə cəsarətli davranıb o hərəkəti etməsəydi o görüntüləri çəkməsəydi bəlkədə dünyada heç kəs bu soyqırımı bilməzdi. Və bu vəhşilikləri lentə alan Çingiz Mustafayev sayəsində dünyada bu ölkələr Meksika,Kolumbiya,Çexiya,Cibuti,Peru,Honduras,Panama,İordaniya,Rummıniya,Şotlandiya bu dəhşəti görmüş və Soyqırım kimi tanıyır. ABŞ-da 22 ştatı bunu XOCALI FACİƏSİ kimi tanıyır.
xocali_642.jpgLink
Nə qədər ermənilər silahsız insanları vuraraq Xocalını və də başqa Şəhərlərimizi ələ keçirsədə Azərbaycanın rəşadətli ordusu 30 ildir düşman tapdaqında olan torpaqlarımız 44 günlük müharibə ilə geri aldı. Və Xocalıdan qovulan Vətəndaşlarımız geri qayıdacaq yurdlarına. Və Qarabağ Bizimdir, Qarabağ Azərbyacandır. Bəli əziz steemitçilər bu günkü postumuzda bu qədər gələn postlarda görüşənədək. Xocalını unutmayaq. Sağolun🙏

Sort:  
 3 years ago 

23 fevral qeyd edirlər təntənə ilə məhz lənətə gəlmiş bu sovet ordusunun 23 fevralda yaratdığı ordu bunu etdi. 366 ci motoatıcı alayının köməyi ilə. Və telem tələsik qoşunu Xocalıdan çıxarıb gürcüstana yerləşdirdi ki guya bunun izi yoxdur burada . Allahın qəzəbinə tuş gələcək siz tez bir zamanda iyrənc məxluqlar

Coin Marketplace

STEEM 0.16
TRX 0.15
JST 0.028
BTC 54358.77
ETH 2293.67
USDT 1.00
SBD 2.30