Qarlı Bir Gecə

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam Steemit Azərbaycan. Necəsiniz? Gününüz necə keçir? Əlbəttə yenə yorucu bir günün sonunda axşam oldu. Və yatıb dincələcəm. Tam da dincəlmək sayılmaz çünki səhər tezdən məktəbə getməliyəm😄. Bu gündə nə post paylaşım deyə fikirləşirdim ki birdə çölə baxdım nə gözəl qar yağır.

IMG-20220213-WA0020.jpg

Əlbəttə ki sevindim tez düşüb şəkillər çəkdim. Sözün düzünü desəm mən məktəb olmayan günləri ya tətil olanda ya da ALTINCI,BAZAR günləri olacaq ki gec oyanıram. Amma səhər məktəbə gedəndə qar yağır və bilmirəm tam olaraq necə bir hissdir, amma yenə də çox sevirəm. Məktəbə gedib dərslərdə otururuq amma səbirsizliklə zəngin çalmağın gözləyirik ki çıxıb çöldə oyun oynayaq. Sinif yoldaşlarla da oynamağın ayrı bir ləzzəti var ee😄. Bizim yaşadığımız ərazidədə qar yağanda çox yağar,dolu yağanda çox yağar,yağışda həmçinin yəni bir sözlə hər bir şeydən bolluq çəkirik.

IMG-20220213-WA0026.jpg

Bu günkü postumuzda bu qədər yəqin ki yazımı bəyəndiniz. Gələn postlarda görüşənədək sağolun.

Sort:  
 2 years ago 

Aleykum SALAM. Şükür yaxşılıqdı.Təki Siz də yaxşı olun. AMİN İNŞƏƏALLAH🤲
Günümüz də kimisi işdə-gücdə, kimisi evdə istirahətdə, kimisi də çöldə-bayırda ən əsası hamımızın toplaşdığı bir məkan var hamı #steemitazerbaijan-da keçir. Çox şükür🤲 Yağış, qar bərəkət rəmzidir...ALLAH hər zaman bol etsin. AMİN İNŞƏƏALLAH🤲 Post da normaldır. 👍

Coin Marketplace

STEEM 0.19
TRX 0.13
JST 0.028
BTC 64625.84
ETH 3233.39
USDT 1.00
SBD 2.65