Günlük

Salam Steemit Azərbaycan. Necəsiniz? Bu günkü postumuzun mövzusu günlük. Bu gün od çərşənbəsidir. Məndə əlbətdə öz həyətimizdə tonqal qaladım.
20220301_192849.jpg
Adətə görə çərşənbələrdə tonqal qalanır. Amma ilk çərşənbədən yox ikinci çərşənbədən etibarən. Tonqal qalayandada olmazsa olmaz o tonqalın üstündən 3 dəfə hoppanmalısan. Mən tonqal qalayıb həmişə oturub sadəcə ocağı seyr edirəm. Yəni bəziləri telefona baxır,kitab oxuyur,çay içir hətta yemək yeyəndə olur. Səssizlikdə və qaranlıqda oturub tonqala baxmağın və xəyal qurmağında ayrı bir ləzzəti var😄.
20220301_192857.jpg
Çərşənbələrdə ara yollarda da çox vaxtı qalayan insanlar olur. Bəzi vaxtlar məndə oluram. Çünki dostlarlada olmağda mənim xoşuma gəlir. Sizdə yəqinki həyətinizdə tonqal qalayırsız mənim kimi? Sizində çərşənbəniz mübarək və uğurlu olsun. Bütün ağırlıqlarınız tonqala tökülsün. Və bu qədər əziz steemitçilər. Gələn postlarda görüşənədək. Sağolun🙏

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.029
BTC 60865.64
ETH 2393.71
USDT 1.00
SBD 2.64