Gələcəyim haqda

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam, Steemit Azərbaycan. Necəsiniz? Günləriniz necə keçir? Bu günkü postumda özümün gələcəyi haqqında yazacağam. Mən hələ kiçik yaşlarımda hansı qrupu seçəcəyimi bilmirdim. Sadəcə elə bilirdim ki insan böyüyəndə istədiyi işə sahib olacaq. Uşaq fantaziyam🙃Kiçik vaxtı müxtəlif işlərdə işləmək istəyirdim və sadəcə bir xəyalım yox idi ee hər dəfə xəyalımı dəyişirdim. İndi bunları düşünmək belə gülməli gəlir. Amma balaca vaxtı bir işi xoşlayırdım nə qədər tez-tez fikrimi dəyişdirsəmdə yenə o fikrə gəlirəm. O-da Fövqaladə Hallar Nazirliyində işləmək idi.
20161216120802-44161-17.jpgLink
İndi də arada o işə meyil salıram. Nəysə bir azda seçəcəyim qrup haqqında danışım. Mən 4 qrupdan hamısında bir dəfədə varsa olmaq və oxumaq istəyərəm. Amma bu mümkün olmadığı üçün, fikrim tam olaraq 1-ci qrupdu. 1-ci qrupda müxtəlif ixtisaslar var. Amma mənə görə komputerlə bağlı ixtisaslar maraqlıdır.

ucuztap_1.jpgLink
Proqram yazmaq isə ən böyük xəyalımdır. Belə, Steemit ailəsi, qarşımda çox tez keçəcək 3 il var, yaxşı bir nəticə əldə etməyi çox istəyirəm və buna çalışacağıma ümid edirəm. Sizində hansı qrupa hazırlaşdığınızı bilmək və balaca vaxtı nə xəyallar qurduğunuzu öyrənmək istəyərəm. Nəysə bu günkü postumuzda bu qədər. Yəqin ki yazımı bəyəndiniz. Gələn postlarda görüşənədək.🙏Sağolun.

Sort:  

Xəyallarının gerçək olması diləyilə💫

Coin Marketplace

STEEM 0.16
TRX 0.15
JST 0.028
BTC 54358.77
ETH 2293.67
USDT 1.00
SBD 2.30