Anlıq

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam, Steemit Azərbaycan. Necəsiniz? Bu günkü postumu günlüyümdən yazacam. Bilirsiniz yazın gəlişini simbolizə edən Bənövşə və Aynaququdur.

20220301_160547.jpg

Bu çiçəkləri yazda çıxdığını görə bilərsiniz. Aynaququnun o biri adı isə Qarıdələndir. Yəni adı kimi yaz vaxtı bəzi vaxtlarda qar yağan yerlərdə qarı dələrək çıxıb gül açır.

20220301_160500.jpg

Bu çiçəyin gözəl ətri və müxtəlif rəngləri olur. Məndə hər il dağlıq ərazidə yaşadığım üçün dağdan bəzi vaxtlar tək bəzi vaxtlar isə dostlarımla birlikdə gətirirəm. .
Bu gün də dağdan dostum ilə çoxlu sayda Aynaququ gətirdim. Bunları biz bu il əkirik amma bəziləri gələn ilə kimi çıxır. Çünki bu çiçəklərin özlərinin torpağı olsa o zaman bitir. Yəni beləsi gülləri gətirəndə güllərə yetəcək qədərdə torpaq gətirsəz yaxşı olar. Bənövşədə gözəl ətirli və gözəl rəngi var. Səmənilərə də gözəl bəzək olur. Bənövşə isə demək olar hər həyətdə bitir. Yəni ondan ötrü dağa çıxıb gətirmək lazım deyil. Bu gülləri yığıb qablara qoyub satanlarda var amma beləsilərdən çox gübrə və yaxud başqa maddələrlə bitirilmiş və rəngi daha tünd olanları seçirlər. Gəlin biraz da bu çiçəklərin məskəni və tam olaraq harda bitdiyini deyim. Qardələn adı əsas mənası Süd Çiçəyi deməkdir. Onların məskəni tam olaraq bilinmir. Yəni ilk olduğu yer. Qardələn vəhşi təbiət bitkisidir. 20- yə yaxın növü var. Qardələn çiçəklərinin diametri 15-20 mm-dir. Uzunluğu isə 20sm-ə qədər ola bilir. Yəni bir sözlə yazın ilk göstərgəsi və ilk açan çiçəyidir.

20220301_160821.jpg

Bu qədər əziz steemitçilər. Bu günlük bu qədər. Yəqinki yazımı bəyəndiniz. Gələn postlarda görüşənədək. Sağolun🙏.

Coin Marketplace

STEEM 0.19
TRX 0.13
JST 0.028
BTC 64625.84
ETH 3233.39
USDT 1.00
SBD 2.65