Günlük🌨️

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam Steemit Azərbaycan. Necəsiniz? Günləriniz necə keçir? Bu gün şənbə günüdür. Dərs olmadığı üçün tətil hesab edə bilərik . Mən əslində bu günlərdə həmişə istirahət edirəm. Və gec oyanıram. Bu gün isə sadəcə elə belə gözümü açıb yumub yatacaqdım. Açdım və pəncərədən qar yağdığını gördüm. Və tez tələsik şəkil çəkməyə düşdüm.

IMG-20220312-WA0010.jpg

Sonra yemək yedim və düşdüm həyətə bir az qarı seyr edəndən sonra həyətimizdə gedilən yolları açdım. Və hələdə qar yağırdı. Sonra yola baxdım. Hətta mən kənddə qalqığım üçün bura lap çox yağmışdı. Hətta Vəndamın başına aşağıdan daha çox yağır. Biz də lap Vəndamın başlanğıcında qalırıq.

IMG-20220312-WA0011.jpg

Dağətəyi ərazidi. Bəli yolda maşında ilişib qalır, işə gedəndə olur,işdən gələn də olur amma çətindi bir az. Rahat olsun deyə maşınla gedənlərin qış təkəri yoxdusa elədə rahat olmur. Nəysə bu soyuq havada isti evdə oturub televizora baxmaq,telefonla oynamaq və.s. sonra isti bir yemək. Əlbəttə, qar adamda düzəldirsən, olur əla. Əvvəllər bacılarım evdə olanda onlarla qartopu oynayırdım. İndi isə heç biri yanımda deyil. Deyəsən qardan adamla ikimiz oynayacayıq.😕. Deməli boşuna demirlər ee Dəli mart.

IMG-20220312-WA0009.jpg

Qar yağsada elədə soyuq yoxdu, hava mülayimdi. Hava məlumatına baxandada hələ 5,6 gün dayanmadan yağdığını göstərir. Sonra sabahda evdəyəm bu soyuq havada isti yatağımda yatmaq nə gözəl bir hissdir mənim üçün. Axşam isə Şabalıd yemək ,meyvə qurusu, çay və televizor. Bəli bu şeyləri qışda edəndə adama daha da bir ləzzət verir. Bu qədər əziz steemitçilər yəqinki yazımı bəyəndiniz? Sizi də bizə qonaq gözləyərəm. Gələn postlarda görüşəndək. Sağolun🙏.

Sort:  
 2 years ago 

Hər zamankı kimi gözəlliyi ilə qəlbləri fəth edən Vəndam

Çox sağolun əvvəlki postlarımıda oxuduğunuz bilinir. Təşəkkürlər🙂

Qələminə sağlıq.👍 Xoş istirahətlər. ❤️

Çox sağol. Təşəkkürlər🙂.

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 58503.45
ETH 2594.59
USDT 1.00
SBD 2.45