Günlük.
Salam Steemit Azərbaycan. Necəsiniz? Bu günkü postumuzun mövzusu günlük. Bizim məktəbimizdə bu ildən etibarən idman həftələri olacaq. Bu idmanlara qol güləşi,qaçış,futbol,şahmat və.s beləsi idman növləri keçirilir və sertifikat verilir. Əsasda uşaqların həvəsin artırmaqdı. Məndə burda qol güləşinə qatıldım.
Link
Bir gün qabağından yəni dünən prova etdik. Bu gün isə yarış keçirildi. İlk öncə qol güləşi,sonra futbol sonrada şahmat və qaçış.
Link
Hər sinifdən iki nəfər qatılmışdı qol güləşinə. Bizdən isə 4 nəfər. Hər kəs ilk olaraq öz sinifilə qol güləşdirdikdən sora sinif güclüləri qol güləşi etdi. Mən və dostum dünənki provada qolumuzu bir az çox gücə saldıq. Bu gündə bir az qolumuz ağrıyırdı ona görə biz ikinci yarışmalarda ikinci çıxdıq. Birinci yerə isə 11-ci siniflər çıxdı. Əslində bu gün çox işim oldu. Bizim məktəbdə idman həftəsindən savayı bacarıqlı əl işləridə olduğu üçün və bizimdə sinifin işi olduğu üçün yəni iş tutub gedirdim provaya sonra dərsə sonra yenə işimizi tuturduq. Yəni bir az başım yoruldu. Axırki son günümüz sabaha qədərdi. Bizimdə əl işimiz futbol meydançası düzəldirik. Böyük taxtanın üzərinə ağ kağız vurub yaşıl rəngləyib sonra xətlərin çəkdik. Axırda parçalardan adamlar tikib və qapılarında qoyduqdan sonra tam hazır vəziyyətə gələcək. Son toxunuşlar isə bir adam daha qoyub sonra hazır olacaq. Yəni əsas odu iki işim olsada və dərslərə girmək zorunda olsamda əsas odu işlərimi yarımçıq qoymadım yarışmayada qatıldım. Bu qədər əziz steemitçilər. Yəqinki yazımı və günlüyümü bəyəndiniz? Gələn postlarda görüşənədək. Sağolun🙏
Üzərində işlədiyiniz işin son halını görmək istəyərəm 🙏🏻
Yer tutduqdan sonrakı şəkkin postun paylaşaram
Maraqlı və yorucu gününüz keçib.. Əsas odu hər birin çatdıra bilmisən.. 👍
Çox sağol🙂