Gülçülük
Azərbaycanda gülçülük 20 ci əsrin 70ci illərindən inkişaf etməyə başlamışdır. Paytaxt şəhər olan Bakı kəndlərində böyük gülçülük savxozları fəaliyyət göstərirdi. Bu kəndlər Maştağa, Nardaran, Zirə, Mərdəkan, Bilgəh ərazilərində yerləşirdi. Həm Azərbaycan həmdə SSRİ-ni güllə təmin edirdi. Sovet Rusiyası dağıldıqdan sonra bu sahədə geriləmələr başladı.
Həmin dövrdə inkişaf etmiş gülçülük savxozları yavaş yavaş sıradan çıxdı.
Bu sahələrdə azalmanın ən böyük səbəbi maliyyə azlığı, bu sahədə olan tələbatın çox olmaması, və xarici ölkələrdən gələn güllərə daha çox istək olmasın misal göstərmək olar.
Xarici sort güllərə tələbatın əsas səbəbi daha uzun ömürlü olması və ev şəraitində saxlamağın qulluq göstərməyin asan olmasındandır. Son zamanlar əvvəlki illərə nisbətən Azərbaycan ərazisində də bu sahənin də inkişaf etdiyini müşahidə edirik.🌹🌺💐
Bizim güllər çox nazlı-qəmzəli olurlar. Kaprizlərinə dözmək çətindir, ona görə də xaricilərə üstünlük verilir...Avropaya açılışın nəticələrindən biri....