"Tək tərəfli ssenari"

in Steemit Azerbaijan☪✔2 years ago

Tənha deyilsən, təksən və bu ikisini ayırd edə bilmədiyin müddətcə özünü bədbəxt hiss edəcəksən. Çünki tənhalıq bilirsən nədir? Ətrafında hamı var. Belə deyim, sən kitabının elə ssenarisini yaşayırsan ki, bütün obrazlar yerli yerindədir. Amma orada çatışmayan şey onların sənə lazım olma həddləridir.

IMG-20220510-WA0006.jpg

Heç birisi qəlbinə yatmır, heç birisi ruhunu oxşamır. Varlar, amma olmamaları ondan yaxşıdır. Bax olmamalarını təmin etdiyin andan tək qalırsan. Bu tənhalıqdan daha yaxşı seçimdir. Çünki sənin yeni "obraz"lar seçmə şansın var, haqqın var.

IMG-20220510-WA0007.jpg

Səni varlıqları ilə incidən kimsələrin olması, olmayan birinin dərdini çəkməkdən daha ağırdır. Bu sınanmanın elə formasıdır ki, ilk dəfə sınandığın yoxluq sınandığın varlıqlardan daha yaxşıdır. Əlində olan yox'un qədrini bilməsən, onu yanlış və əzablı var'larla cəzalandırmış olacaqsan.

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 58044.48
ETH 2352.63
USDT 1.00
SBD 2.36