Samovar və səhər yeməyi😋
Salam sabahınız xeyir olsun Steemit Azerbaijan☪✔ əhli. Bu gün səhəri çox gözəl bir gün olaraq başladım. Səhər tezdən durub samovarı alışdırdım. Samovar qaynayana kimi çayın ətirli və dadlı olması üçün müxtəlif otlar və ya bitkilər hazırladım. Kəklikotu, itburnu, nanə və bir neçə meyvə qurusu.
Masanı elə hazırladım ki, o bir məsəl var e təkcə quş südü çatmırdı. Təbii ki, bunlar bir zarafatdı. Evdə, səhər yeməyi üçün nə lazımdırsa masaya düzdüm. Amma deyirəm həqiqətən də görünüş çox önəmlidir. Çünki adətən mən səhərlər o qədər də iştahlı olmuram. Amma bu gün nəsə çox acdım😋.
Steemit əhli sizlərə postuma verdiyiniz dəyərə görə minnətdarlığımı bildirib, təşəkkür edirəm.