Korella.

in Steemit Azerbaijan☪✔2 years ago

Salam " Steemit Azerbaijan☪✔ " necəsiniz? Çox gözəl elə də bilirdim. Təki həmişə yaxşı olasınız. Bu gün paylaşacağım postum ev heyvanlarından, quşlardandır. Mənim də evdə sevərək saxladığım bir dostum var. Bəli bəli boş yerə dostum demədim haaa həqiqətəndə mənimlə əməlli başlı dostluq edir. Bu bir quşdur. Özüdə tutuquşuların içində hər kəsin sahiblənə biləcək bir növü. " KORELLA ".

20220526_215221.jpg

Bildiyiniz kimi bu tutuquşular danışmağı, daha doğrusu insanların ağzından çıxan sözləri əzbərləyərək təkrarlayırlar. Bu tutuquşuların yaddaşında söz ehtiyatı bol olur. Ona görədə onların yanında nəsə danışdıqca, zamanla onu insanın özünə qaytarırlar.

20220526_215252.jpg

Mənim Korellamda bunlardan biridir. Düzdür nə yalan danışım tam sərbəst danışmır amma, salam verməyi, sağollaşmağı, acanda yemək istəməyi, hirsləndirəndə isə küsdüm kəliməsini deyir. Amma hələdə öyrədirəm davamlı olaraq.

20220526_220204.jpg

Bayaq dostluqdan danışdım. Qayıdım bunun mənimlə dostluğuna. Bir də görürsən evdə olan zaman başım ağrıyır və buna vaxt ayırmıram. Özünədə deyirəm ki, başım ağrıyır Kore. Bir də görürəm gəlir yanıma özünü mənə sevdirir, oynayır qabağımda. Bildiyiniz oynamaq deyirəm. Dinc dayanmır. Öpüş verir öpüş alır. Bir sözlə özünü istədir. Elə ki, gülürəm onda bir sevinmək sevinir gəl görəsən.

20220526_215117.jpg

Sizədə məsləhət görərdim. Çox dincəlirəm vallah bununla vaxt keçirəndə. Sizlərə də təşəkkür edirəm postuma verdiyiniz qiymət və dəyər üçün.

20220526_215059.jpg

Coin Marketplace

STEEM 0.16
TRX 0.12
JST 0.026
BTC 57110.78
ETH 2521.26
USDT 1.00
SBD 2.32