Kəpəz dağı.

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Kəpəz — Kiçik Qafqazda, Göygöl rayonu ərazisində, Murovdağ silsiləsinin şimal yamacında yerləşən dağdır. Azərbaycan Respublikasının Göygöl rayonu ərazisində, Ağsu çayının mənbəyindədir. Hündürlüyü 3066 m-dir. Cənub yamacı nisbətən meylli, şimal yamacı dik və uçurumludur. Yuranın əhənkdaşılarından təşkil olunmuşdur. Güclü zəlzələlər nəticəsində Kəpəzdə bir neçə dəfə uçqunlar olmuşdur. Son uçqun 2016-cu ildə baş vermişdir. Uçqun materialları Ağsu çayının məcrasını kəsərək dağ gölləri olan Göygöl, Maralgölü əmələ gətirmişdir.

Screenshot_20220118-222826_Chrome.jpg

Screenshot_20220118-223241_Gallery.jpg

Kəpəz dağı Göygöl rayonu ərazisində, Murovdağ silsiləsinin şimal yamacındadır. 1139-cu il sentyabrın 30-da baş vermiş zəlzələ nəticəsində bu dağdan böyük qaya parçaları qoparaq Ağsu çayının dərəsinə tökülmüş və çayın qabağını kəsmişdir. Nəticədə çayın yatağında Göygöl, Maralgöl və b. göllər əmələ gəlmişdir. Bəzi tədqiqatçılara görə, kəpəz sözü türk dillərində "qaya" və ya "su kənarında qaya" mənasındadır. Bir qrup tədqiqatçılar isə oronimin kəp (Azərbaycan dilinin bəzi dialektlərində "pillə", "pilləli qaya") və kəz/gəz (dağ başında batıq, çökək) komponentlərindən ibarət olub, "zirvəsi çökəkli, pilləli, qayalı dağ" mənasını bildirdiyini göstərirlər. Dağın bu adı alması, görünür, onun zəlzələdən sonra pilləli, qayalı şəklə düşməsi ilə əlaqədardır.

Screenshot_20220118-223244_Gallery.jpg

Screenshot_20220118-222900_Chrome.jpg

XII-XIII əsr müəllifləri (N.Gəncəvi, Zəkəriyyə əl-Qəzvini və b.) dağın adını Hərək kimi qeydə almışlar. Türkmənistan ərazisində də Hərəkdağ adlı dağ mövcuddur. Dağın zəlzələdən əvvəlki adı olan Hərək türk dillərində "ikihürgüclü dəvə" mənasında izah edilir. Belə güman edilir ki, zəlzələdən əvvəl bu dağın görünüşü ikihürgüclü dəvəyə bənzədiyinə görə belə adlandırılmışdır.

Screenshot_20220118-222745_Chrome.jpg

Screenshot_20220118-222836_Chrome.jpg

Sort:  
 3 years ago 

plagiat

image.png

Coin Marketplace

STEEM 0.22
TRX 0.21
JST 0.035
BTC 91569.43
ETH 3174.28
USDT 1.00
SBD 3.07