Gəncə. Göygöl rayonu.

in Steemit Azerbaijan☪✔2 years ago

Əvvəla salam olsun bütüm "Steemit Azerbaijan☪✔" topluluğuna. Bu gün sizlərlə paylaşacağım postum Azərbaycanın dilbər guşələrindən, dahi şəxsiyyətlər yetişdirən, tarixi və mədəni yerlərindən biri olan, Gəncə şəhəri Göygöl rayonu haqqındadır. İlk öncə qısaca məlumat verim, keçim əsəs mətləbə. Göygöl rayonu 1930-cu ildə yaradılıb. 1938-ci ilə qədər adı Nərimanov rayonu olub. 1938-ci ildə rayon Xanlar Səfərəliyevin şərəfinə Xanlar rayonu adlandırılmışdır. 2008-ci il aprel ayının 25-də Milli Məclis rayonun Göygöl adlandırılması haqda qərar qəbul etmişdir.

IMG-20220523-WA0006.jpg

İndi isə keçim əsas mətləbə. Mən bu yaxınlarda yəni 4 gün bundan qabaq Göygöl rayonuna getmişdim. Bu ayda oralar necədə füsunkar gözəlliyə qərq olur. Dağlar, yollar, bağ-bağçalar hər tərəf yaşıllığa bürünüb. Təmiz və soyuq, ya da soyuq deməzdim sərin havası adama o qədər rahatlıq verir ki, heç qayıtmaq istəmirdim.

IMG-20220523-WA0004.jpg

Bəli bir dostum var orada məni qonaq elədi, getdik onlara. Həmişə olduğu kimi yəni, adəti üzrə ləzzətli bir kənd süfrəsi açıldı. Səhər-səhər açıq havada yemək yedik. Bəh-bəh yedik nə yedik. Lap adamın damarına, qanına işlədi. Belə bir deyim var adam belə yerdə heç qocalarmı?
IMG-20220523-WA0003.jpg

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 57951.76
ETH 2347.51
USDT 1.00
SBD 2.36