Ata-bala gəzintisi.
Salam əziz "Steemit Azerbaijan☪✔" ailəsi. Sizinlə paylaşacağım bu günün postu qızımla keçirdiyim əyləncəli bir gündən bəhs edir. Həqiqətəndə mənə çox xoş təsurat bağışlayan bir gün oldu.
Mənim qızımla keçirtdiyim vaxt onun gözlərində gördüyüm sevinc hissi mənim üçün ən böyük xoşbəxtlikdi. Həmin gün nə dedisə, nə istədisə onu da elədim. Hara getmək istədisə, apardım. Bir sözlə tamı-tamına hardasa 9-10 saat birlikdə gəzdik, əyləndik.
Hamınız yaxşı bilirsiniz ki, uşaqların gəzintisi, əyləncəsi, istəkləri fərqli olur. Mən də həmin gün qızımla eyni auraya sahib olmağa çalışdım. Amma əvvəlcə Bakının tarixi, mədəni abidələri olan yerlərə getdik, muzeylərdə olduq.
İçərişəhər, şirvanşahlar sarayı, Qız qalası, Tarix muzeyi və sairə. Bütün bu gəzintiləri sonda dəniz gəzintisi ilə sonlandırdıq. Gəmi ilə dənizdə səyahət qızıma başqa bir sevinc bəxş elədi. Maşaallah o qədər sual verirdi ki. Hər şeylə maraqlanırdı. Nə nə vaxt yaranıb, nə nə vaxt tikilib.
Sonda isə sizlərə öz təşəkkürümü bildirirəm. Allah hər kəsin övladını(larını) qorusun. Postuma göstərdiyiniz diqqətə və verdiyiniz dəyərə görə hamınıza minnətdarlığımı bildirirəm. Başdada hamımızı bir yerdə ailə şəklində toplayan Rəvan bəyə xüsusi minnətdarlıq edirəm.
O qız yaxşı ki, sənə oxşamayıb, maşallah, ağıllı, gözəl baladı.