Xəyallar, xəyallar... (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

5600bb62-72e3-45aa-9353-4304aaf0351c.jpg
Xəyallarımızda görüntü və hislərin iştirakı vacibdir. Dolayısı ilə xəyal olaraq gprdüyünüz şey sizə o hissi yaşatmırsa, deməli, o xəyalı doğru qurmamısınız. Baş rolda deyilsinizsə, istədiyiniz xəyala yetişə bilməzsiniz. Baş rolda olmadığınız bi rxəyal xəyal sayılmaz.
Xəyal qurarkən, hədəf və məqsədlərimizə doğru mesajları təhtəlşüurumuza verdik, onları çox gözəl obrazlara saldıq, cümlələrə çevirdik, hisslərə tökdük, gün ərzində təkrarladıq. Nə qədər çox təkrarlasaq, o qədər yaxşıdır və bu hissi nə qədər çox yaşasaq o qədər tez reallaşacaq. Xəyalı qurduğumuz anda yaşadığımız gözəl hislər bizə nə qədər çox hakim olursa, reallığa doğru o qədər tez yaxınlaşarıq. Təkrar edirəm, qurduğunuz xəyallar kifayət qədər reallıq daşıyırsa, sizə həqiqətən bir serial, yaxud film izlənməsi hissi yaşadırsa məna aləmində yaranan bir qüvvəyə çevriləcək. Siz bu qüvvəni lazım olduğu qədər, inamla tətbiq etsəniz, bir müddət sonra reaksiyasını görəcəksiniz.
Xəyallar məsələsində ümumi olaraq edilən bir neçə xətanı göstərmək istəyirəm.
1-ci xəta. Xəyala zidd davranmaq.
Məsələn, tutaq ki, arıqlamaq istəyirsiniz, özünüzü ideal bədəndə xəyal edirsiniz. Xəyalınızda İdman edirsiniz, pəhriz saxlayırsınız. İdeal bədən görünüşüzü yaratmısınız. Bəs realda buna nə qədər inanırsınız? Məsələ ondadır ki, biz təhtəlşüurumuza göndərdiyimiz xəyalara inanmalıyıq. Onlara inanıb ardınca getməliyik.
Arıqlamağı düşünən mağazalara gedib özünə yeni paltar almaq istəyərmi? Əlbəttə, istəməz. Çünki o arıqlmağı planlayıb və indiki bədənə uyğun paltarlar ona gərək olmayacaq. Arıqlamağı xəyal edən, amma bunun əksinə gedib özünə yeni paltar alanlar xəyalın ziddinə çıxmış olurlar. Bu xəyala inanmamaqdır. Xəyala inanmadığınız şeyi reallaşdırma bilməzsiniz.
2-ci nümunə. Məsələn, köçmək istəyirisniz. Tutaq ki, başqa şəhərə köçəcəksiniz, yaxud da eyni şəhər içərisində başqa evə köçəcəksiniz. İndi düşünün, köçdüyünüz anda evinizə yeni əşya almaq istəyərdinizmi? Xeyr. Almaq istəməzsiniz. Bunu ertələyəsiniz ki, yeni evinizə köçəndə alasınız. Ya da artıq istifadə etməyəcəyiniz evdə təmir işləri görərsinizmi? Görməzsiniz. Əksinə, özünüzü gələcək evə görə planlayarsınız.
Baxın, xəyalalrınızda da tam olaraq bu dərəcədə həqiqət olmalıdır. Həqiqətən köçmək istəyirsinizsə, fiziki dünyada da bunun hazırlığını edin. İndi baxın, bir yandan köçmək, evinizi dəyişmək istəyirsiniz, bir yandan da hələ evinizi boyayıb, təmir işləri görür, yeni əşyalar alırsınızsa, bu nəyi göstərir, bu sizin yeni ev alma xəyalınıza inanmadığınızı göstərir. Təkrar deyirəm, inanmadığınız xəyalı reallığa çevirə bilməzsiniz. İnam məsələsi çox əhəmiyyətlidir.
2-ci xəta Xəyal qurub canlandırdıqdan bir müddət sonra onu buraxmaq.
Bir çox insan başlanğıcda həvəsə gəlib xəyalını qurur, zehnində canlandırır, sonra isə buraxır. Çaba göstərməyi dayandırır. Çaba göstərmək necə olur? Məsələn, xəyalınız zəngin olmaqdırsa, artıq xəyal qurduğunuz nöqtədən pul yığmağa, yaxud iş axtarmağa başlayacaqsınız. Zehninizdə həmişə bu fikrin işığı yanacaq. Mən zəngin olmaq istəyirəm və bunun üçün yollar axtarışındayam. Yəni, xəyal qurmaqla kifayətlənmək ağılsızlıq olar. Mütləq şəkildə xəyalın ardınca hərəkətə keçmək də şərtdir. Kainat qurduğunuz xəyala görə qarşınıza fürsətlər çıxaracaq. Amma sizin də boş dayanmayıb bu fürsətləri dəyərləndirməniz lazımdır. Bütün yolu görməyinizə gərək yoxdur. Addım atsanız, başlasanız yetər. Özünüzə sual verin. Mən bu gün xəyalımın həyata keməsi üçün nə edə bilərəm? Hansı səyi göstərsəm xəyalıma bir az daha yaxınlaşacağam? Bu yolda irəliləyin. Xəyalınıza dəstək olacaq fürsətlər mütləq qarşısınıza çıxacaq. Sizə qalan iş bu fürsətləri görmək və dəyərləndirməkdir. Xəyal qurub arxayınlıqla oturmaq deyə bir şey yoxdur. Bunun üçün hərəkət etməlisiniz, çaba sərf etməlisiniz. Lazım olsa, oturduğunuz yerdən də səy göstərə bilərsiniz. Məsələn, kiçik məbləğdə puldan başlayaraq yığmağa başlaya bilərsiniz. Bu özü ilk addım olacaq. Diqqətinizi yığdığınız pullarda deyil, nəticədə cəmləşdirin. Yəni xəyalınızda. İnancımızda belə bir deyim var. Səfər bizim, Zəfər Allahındır. Bu nə deməkdir? Siz səfərin məsuliyyətini daşıyırsınız, zəfərin deyil. Siz yetər ki, yolda olun, oturub gözləməyin. Xəyal qurub gözləmək təhtəlşüuru çalışdırmaz. Xəyalınızın ardınca gedin. Bir addım da olsa gedin. Yenə deyirəm, bütün yolu görməyinizə gərək yoxdur. Addımları atdığınız zaman görəcəksiniz ki, qarşınıza fürsətlər çıxacaq. Çox fürsətlər çıxacaq. Ağlınıza hansısa ideya gələcək, bir yerdən pul alacaqsınız və s. Odur ki, yolda olun.
Xəyallarla bağlı edilən 3-cü xəta budur.
Xəyalınızda tutduğunuz şeyə mərhələli gedib çıxa bilməmək, tez ruhdan düşmək. Misal gətirim, tutaq ki, BMV markalı maşın arzusundasınız, onu almaq üçün 25 min manat pul lazımdır. Sizdə isə çabalardan sonra cəmi 15 min manat pul yığılıb. Bu zaman başqa daha ucuz maşın alıb xəyalınıza qovuşana qədər idarə etmık olar. Yaxşı bir məsələmiz var, eşşəyi min ata çatınca. Xəyallara yetişmək üçün yerində deyilmiş misaldır. BMV alana qədər Chevrolet də sürmək olar.
Yəni, xəyallarınıza doğru irəliləyərkən qarşınıza çıxan fürsətləri dəyərləndirin. Və mərhələ-mərhələ addımlamağı öyrənin, buna vərdiş edin. Məşhur deyimimiz var ha, Moskva birdən -birə qurulmayıb. Ev almaq məsələsində də eyni yanaşma ilə hərəkət edə bilərsiniz. Xəyalınızda olmayan, lakin indki anda pulunuzun yetdiyi evi alıb dəyərləndirə bilər, daha sonra isə satıb üstünü düzəldib arzuladığınız evə qovuşa bilərsiniz.
Yadda saxlayın, xəylalrın reallaşması sizə bağlıdır. Sizin onlardan vaz keçməməyinizə və ardınca getməyinizə. Arzu və xəyallarınız real olmuş kimi yaşayın, relada varlığını hiss edin, və onlara inanın.

Aydınlanma Akademiyası (telegram) - @ceylanmumoglu

Coin Marketplace

STEEM 0.26
TRX 0.12
JST 0.031
BTC 56792.82
ETH 2874.63
USDT 1.00
SBD 3.67