Transformasiya üçün 7 qızıl qayda (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

3301610f-e93e-413c-a79f-d6d008d3a710.jpg

Dəyişib transformasiya olmaq istəyirsinizsə, bu 7 qaydaya mütləq əməl edin.

1-ci qayda.
Tənqid etmək olmaz. Artıq özümüzü tənqid etməyi buraxırıq. Çünki biz diqqətimizi neqativliklərə cəm etdikcə, daha çox neqativi özümüzə çəkəcəyik. Bunun qarşısını almaq üçün özümüzü tənqid etməyə son qoyub, sevdiyimiz şeylərə diqqət edəcək, bəyəndiyimiz şeylərdə fikrimizi cəmləşdirəcəyik.

2- ci qayda.
Qorxmaq və təlaşlanmağa qon qoyuruq. Qorxu və təlaş bizi aşağı çəkən neqativ duyğulardır. Özümüzə verdiyimiz böyük zərərlərdəndir. Qorxu və təlaş fəaliyyətlərinizə sərhəd qoyar və inkişafınıza mane olar. Sabah nə olacaq? Birdən alınmasa? Bacarmasam? Bütün bu mənfi emosiyaları artıq buraxın. Onları artıq söyləməyin, dilə gətirməyin. Buna inanın. Kainat sizin üçün ən yaxşısını, ən xeyirlisini gətirəcək. Hər zaman pozitiv olun, müsbət tərəfdən baxın.

3- cü qayda.
Özünüzə qarşı nəzakətli və səbirli olun. Belə düşünün. Deyək ki, maşınınız var və böyük bir tıxaca yaxalanmısınız. Maşının içində qəzəblənib, əsəblərinizi korlasanız bi rişə yarayacaqmı? Xeyr. Heç bir işə yaramaz. Bəs nə etməlisiniz? O yolda olmaq. Səbirlə tıxacın seyrəlməsini gözləmək, sonda hədəfə çatmaq. Eynən bu müqayisə ilə özünüzə qarşı da bu cür davranın. Siz hazırda yoldasınız. Təhtəlşüurunuzun dəyişməsi yoluna çıxmısınız, fərdi inkişaf yolundasınız, ruhani dəyişiklik yolundasınız. Bu transformasiya zamanla baş tutacaq. Siz bütün bunlara əmək verdiyiniz, göstərilənlərə əməl etdiyiniz müddətdə, inandığınız, motivasiyanızı itirmədiyiniz müddətdə transformasiya, dəyişmə reallaşacaq. Səbirli olun və əhvalınızı pozmayın. Özünüzə qarşı kübar olun, özünüzə əsəbiləşməyin. Keçmişdə yanlış qərarlar vermiş ola bilərsiniz, yanlış düşüncələrdən yola çıxmış ola bilərsiniz. Bunlara ilişib qalmayın, diqqətinizi bunlarda cəmləşdirməyin. Bunlardan dərs alın və irəli baxın. Əgər keçmişdə olanlara ilişib qalsanız, eyni hormonlar, eyni hislər, eyni zülallar, eyni kombinasiyalar və eyni şeylər. Yəni, siz həyatınıza yenə keçmişdə yaşadığınız şeyləri çəkərsiniz. Bu səbədən artıq keçmişi buraxın, keçmişdən dərs alın və irəli gedin.

4-cü qayda. Özünüzü tərifləyin. Bəli, bəli. Doğru eşitdiniz. Özünüzü tərifləyin. İstər güzgünün qarşısına keçib özünüzə gözəl sözlər söyləyin, istərsə də gün ərzində, sizə uyğun saatlarda özünüzü tərifləyin. Biz onsu ztəlimə başladığımız gündən səhərlər bu rituala əməl etməyə başlamışıq. Qəşəngəm, çox gözələm, yaraşıqlıyam, uğurluyam, comərdəm, xeyirxaham və s. Özünüzün hansı xüsusiyyətlərinizi bəyənirsinizsə, bunu səsli şəkildə özünüzə deyin. Özünüzü tərifləməyiniz bədəninizə də təsir edəcək və özünüzü dəyərli hiss edəcəksiniz.

5-ci qayda. Həsəd və paxıllıq hissindən tamamilə təmizlənməlisiniz. Bir çox insanın həyatında zənginlik və bolluğun olmamasının səbəbi həsəd və paxıllıqdır. Bu hiss çox ağır hisdir. Siz bir insanın zənginliyinə, uğuruna qarşı paxıllıq hiss etdikdə, həmin insanın özünə qarşı deyil, o dəyərlərə qarşı paxıllıq hiss edərsiniz. Dolayısı ilə o dəyərlərlə öz aranıza bir divar hörürsünüz. Bu səbəbdən həsəd, paxıllıq hissi həyatınızdan tamamilə çıxmalıdır.

6-cı qayda.
Bədəninizə və özünüzə çox yaxşı baxın. İdman edin, sağlam qidalanın, yürüyüş edin, özünüzə qayğı göstərin. Bütün bunlara əməl etməklə özünüzə olan hörməti artırın.

7-ci qayda.
İndiki anda özünüzü sevin və şükür edin. Yəni, bu odeməkdir ki, siz özünüzü elə budəqiqə, bu anda, indiki anda sevməlisiniz. Yoxsa ki, nə vaxtsa filan şeyi edərəmsə, filan işi bacararamsa o zaman özümü sevirəm düşüncəsi ilə yaşamamalısınız. Özünüzü indiki anda bütün mövcud xüsusiyyətlərinizlə, yaxşı və ya pis, fərq etməz, hər halınızla sevin. İndiki anda özünüzü sevsəniz, şükür etsəniz, gələcəkdə istədiyiniz həyata daha tez qovuşarsınız.

Aydınlanma Akademiyası (telegram) - @ceylanmumoglu

Coin Marketplace

STEEM 0.27
TRX 0.12
JST 0.031
BTC 57254.26
ETH 2887.51
USDT 1.00
SBD 3.60