Təlqin (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

51d5b28b-4f25-4724-9f85-8e6c474d402b.jpg

Xoş gördük. Necəsiniz?
Bu gün sizə Nepalda bir təlimçinin təlqinin gücü barədə iştirakçılara danışdığı hekayədən bəhs edəcəyəm.
Bir kənd varmış. Orada yaşayan sakinlər içərisində 4 nəfər yığışıb biri ilə zarafat etmək qərarına gəlirlər. Zarafat üçün hədəf seçdikləri adam sappasağlam bağını sulayırmış. 4 nəfərdən biri onun yanına gedib, "Nə edirsən sən? Xəstə görünürsən. Rəngin-ruhun solub. Ayaqda dayanacaq halın qalmayıb. Günəşin altında işləyirsən", deyir və çıxıb gedir.

3eafc2d5-d110-48d2-9ec9-e01b51e2d72c.jpg

10 dəqiqə sonra dogər zarafatcıl gəlir və belə deyir: "Kəndə bir virus yayılıb, Günəşin zərərli şüalarından dolayı insanlar 40 dərəcə hərarətlə yorğan-döşəklik olurlar", deyib bu da çıxıb gedir.

İstinin altında tərləyən adam su içmək üçün evinə gedir.

10 dəqiqə sonra da arvadı gəlir və " Eşitdinmi əzizim, günəşin zərərli şüaları səbibindən kəndə xəstəlik düşüb, şəhərdən həkimlər tökülüşüb gəliblər. Mən də tez sənə baxmaq üçün gəldim. Gəl qoluna girim, səni yatağına götürüm".
Kişi etiraz etsə də, qadın israr edir, tərləməsini və halsız olduğunu bəhanə gətirir.
Yarım saat sonra 4-cü zarafatcıl dost gəlir və yatağın ucunda oturub "Allah şəfa versin" deyir.
Həmin gecə yataqdakı sappasağlam kişinin hərarəti 39 dərəcəyə yüksəlir və həqiqətən xəstələnir.

Bu hekayədə göstərilən məqam insana edilən təlqinin gücünü göstərir. Hekayədən nəticə çıxararaq bilməliyik ki, insanın özünə verdiyi təlqin başqa insanlara verdiyi təlqinlərdən daha güclüdür. Odur ki, gün boyu zehninizdə hansı düşüncələrin dönüb dolaşdığına maksimum diqqətimizi cəmləşdirməliyik.

Aydınlanma Akademiyası (telegram) - @ceylanmumoglu

Coin Marketplace

STEEM 0.27
TRX 0.12
JST 0.031
BTC 57654.82
ETH 2888.30
USDT 1.00
SBD 3.60