Şükür neməti, şikayət dərdləri çoxaldır. (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

73e7be94-7e37-4ee5-bda0-4c6705a2bdab.jpg

İnsan hər zaman özünün olduğu frekansdakı insanları və hadisələri özünə cəzb edər. Qurani-Kərimin “İbrahim” surəsinin 7-ci ayəsində belə deyilir: Yadınıza salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!”
.
Yuxarıdakı ayədə açıq şəkildə bildirildiyi kimi, şükür nemətləri, şikayət dərdləri çoxaldır. Buayə bizə eyni zamanda frekansları izah edir. Odur ki, hazırda hansı frekansda olduğumuza diqqət etməli və lazımi frekansda qalmağa səy göstərməliyik.
Beynimiz ayrı-ayrı dalğa tezliyində titrəşmələr yayır. Hər dalğa tezliyi duyğuların dəyişməsi əsasında tezliyini dəyişdirir.
Beyin bir radio kimidir… elektrik dalğalarını qəbul edir və yayır. Hər şey bir ölçüdə frekans yaydığı üçün, bu frekanslar ətrafınızı bürüyər və bədəninizə də təsir edər. Yer kürəsinin də özünə məxsus titrəşim frekansı (tezliyi) vardır.
Bu biliklərdən yola çıxaraq beynimizin indiki anda hansı frekansda olduğunu öyrənə bilərik. Şükür frekansındayıq, yoxsa şikayət frekansında? Bəs bunu öyrənmək asandırmı?
Əlbəttə, xeyr. Çünki biz nə qədər şüurlu şəkildə vəziyyəti idarə etməyə çalışsaq da, şükür və ya şikayət frekansımız şüuraltımızdakı müsbət/mənfi qeydlərin təsiri ilə formalaşır. Şüuraltında daha çox neqativ qeydlər yazılıbsa, diqqəti həmin neqativlərdə cəmləşdirir və daha çox şikayət edirsiniz. Bu səbəbdən şükür frekansına keçmək üçün ilk növbədə təhtəlşüurda olan qeydlər dəyişməlidir. Çünki şüuraltı zehniniz dəyişsə, həyatınız da dəyişəcək! 🔐

Aydınlanma Akademiyası (telegram) - @ceylanmumoglu

Coin Marketplace

STEEM 0.27
TRX 0.12
JST 0.031
BTC 57908.48
ETH 2913.17
USDT 1.00
SBD 3.61