Psixoloji test (6)
Xoş gördük hər birinizi!
Necəsiniz?
Hamınıza gözəl həftə sonu diləyirəm!
Bu gün gündəlik işlərimi gördükdən sonra gündüz dərsimiz olan yoqaya getdim. 40-a yaxın xanım iştirak etdi. Müəllliməmiz gənc xanımdır, yoqa dərsini də gözəl keçir. Əvvəl meditasiy ailə başladıq. Müəllimə dedi ki, təsəvvür edin, başınızın üstündə rəngli top şəklində işıq var. O işığı ovuclarınızın içində tutub başınızdan aşağı endirin. Qoyun işıq top bütün bədəninizdən keçsin, çiyinlərinizdən, köksünüzdən, qarnınızdan və s. Axırda dedi ki, o icazə verin bütün ağrılarınız, sizi narahat edən həyat hadisələriniz, bir sözlə, başınızdakı bütün meymunlar da bu işıq topla birlikdə ayaqlarınızın altından axıb getsinlər. Gözlərim yumulu halda bunlara əməl edərkən, bir tərəfdən də beynimin məntiq-analiz qismi var ha, o ki, susmayanı, gəvəzə kimi danışan hissəni deyirəm. O başladı ki, hər şey belə asan olsaydı, nə vardı ki?))) Yox bir, axıb getdi, özü də ayaqların altından)))
Beləcə, dostlar, yoqamı bitirib düzəldim yola. Yol boyu bu gözəllikləri xatirəyə çevirmədən keçə bilməzdim. Yaşılla qırmızının, isti ilə soyuğun qarışığı
Bircə insanı narahat edən bilirsiniz nədir? O ki dayanıb, telefonu çıxarıb başlayırsan e fotoqraflığa. Kənardan keçənlər də baxır ki, görən nə oldu, nə baş verdi?) Hə, bax onda qıcıq başlayır içimdə. Sonra "Hər şey Steemit Azerbaijan üçün!" deyib öz-özümü sakitləşdirirəm və yenidən bu gözəlliklərin daxilinə nüfuz edib dinclik tapıram)
Əsas məsələyə gələnə qədər nə çox danışdım) Oysa başlamazdan əvvəl deyirdim, nə yazacam testdən qabaq?)
Gələk məşhur testlərimizin 6-cısına.
Başdakı rəsmə qəşəng-qəşəng baxın, ilk nə gördüyünüzü yazın:
Profildən görünən adam
Qəribə pişik
Keçəl kişi
Qəribə qadınlar
Cavablar rəylərdə yazılacaq
Qəribə qadınlar
✅Qəribə qadınlar
.Şəkildəki bədən xəstəlik xəbərdarlığı ola bilər. Sağlamlığınıza daha diqqətli olmalısınız. Siz tez-tez başqalarının və yaxınlarınızın davranışlarından əsəbləşirsiniz.
Bütün hadisələri ürəkdən qəbul etməməlisiniz. .siz çox həssas, həssas və utancaqsınız, depressiyaya meyllisiniz. Qurtuluşunuz sevgi, yeni hobbi və ya səyahət olacaq. Özünüzü sevindirməyi unutmayın. Yaradıcı iş idealdır.
Hamısı məndə var . Amma mənim əlimdən heçnə gəlmir 🥺 .
Yoqaya getməkdənsə düşüb Türkiyənin canına foto çəkmək daha münasibdir deyəsən. Profildəki adam.
Yoqada fotonu çəkəndə hələ dərs başlamamışdı 😅
Profildə insan üzü
Bu siluet ən az diqqət çəkəndir. O, gözlənilməz qazanc, hədiyyə və ya xoş xəbər vəd edir. Səs-küylü şirkətlərdən qaçırsınız, vaxtınızın çoxunu evdə keçirirsiniz. Belə insanlar adətən hər şeyi bir anda istəyirlər.
Steemin qiyməti qalxacaq o zaman :)
Qalxsın, İnşallah)
Mən də qəribə qadınlar gördüm.
O qadınları da ujas kimi çəkib kim çəkibsə, Allah saxlamış)
✅Qəribə qadınlar
.Şəkildəki bədən xəstəlik xəbərdarlığı ola bilər. Sağlamlığınıza daha diqqətli olmalısınız. Siz tez-tez başqalarının və yaxınlarınızın davranışlarından əsəbləşirsiniz.
Bütün hadisələri ürəkdən qəbul etməməlisiniz. .siz çox həssas, həssas və utancaqsınız, depressiyaya meyllisiniz. Qurtuluşunuz sevgi, yeni hobbi və ya səyahət olacaq. Özünüzü sevindirməyi unutmayın. Yaradıcı iş idealdır.
2 dəfə korona yola salan Şəxs təzədən xəstələnəcək?
Deməli, bu qaqaş ölümsüzlük qazanıb artıq.
Bütün viruslar qorxsunlar)
Karona totemdi onunçün)))
Qəribə pişik
Uzun Bakinbordlu Qaqaş))
Uzun Bakinbordlu Qaqaş
Bu siluet ən az diqqət çəkəndir. O, gözlənilməz qazanc, hədiyyə və ya xoş xəbər vəd edir. Səs-küylü şirkətlərdən qaçırsınız, vaxtınızın çoxunu evdə keçirirsiniz. Belə insanlar adətən hər şeyi bir anda istəyirlər.
Xeyirlisi ALLAHDAN. AMİN İNŞƏƏALLAH🤲
Artıq 7ci ilimdi Səs-küylü şirkətdə işləyirəm. Son zamanlar konkret elədi: vaxtının çox hissəsini evdə keçirirəm