Psixoloji test (5)

in Steemit Azerbaijan☪✔3 years ago

Xoş gördük hər birinizi!
Necəsiniz?
Həftə sonunu necə keçirdiniz?

Psixoloji test (1).png

Biz Alpay bala ilə yaşadığımız yerin sahilınə getdik.
Əvvəlki həftə sonlarına baxanda bu dəfə qələbəlik deyildi. Deyəsən, Cümhuriyyət bayramını fürsət bilən ailələr
yaxınlarını görmək üçün məmləkətlərinə, yaxud istirahət yerlərinə qaçmışdılar.

Biz də günəşin altında qəşəngcənə gəzdik. Daha doğrusu Alpay gəzirdi özüyçün, mən də telefon əlimdə düşmüşdüm qızılgüllərin üstünə))) Deyirəm, Alpay, sən niyə çəkmirsən Steemit üçün. Nə desə yaxşıdır? Anne, sen çek bana da atarsın) Günəşin isti şəfəqləri Alpayı hayıl-mayıl eləmişdi)

cd90d5c9-3e9d-44b8-b510-8066fe3169ab.jpeg
Bu gün sizə 5-ci psixoloji testimlə gəlmişəm)
Başdakı şəkildə düyünlərdən birini seçin və komplekslərinizi müəyyən edək.
Komplesklər rəylərdə yazılacaq.
Getdik)

4f1ac248-7ccd-4446-8ffb-15c3ee604f3f.jpeg

Sort:  

3 seçdim. Bərk düyünlərdən zəhləm gedir))

 3 years ago 

Xoş gördük)

3️⃣ Daim özünüzü başqa insanlarla müqayisə edirsiniz. Sizə elə gəlir ki, kimsə sizdən daha ağıllı, daha gözəl, daha istedadlıdır. Belə insan həmişə var. Amma siz bu problemə yanlış tərəfdən baxırsınız. Sizdən başqa heç kimdə olmayan fəzilətlərinizi tapmalısınız. Özünüzdə mənfi cəhətləri yox, daha çox müsbət cəhətləri axtarın.⠀

 3 years ago 

Hello 4

 3 years ago 

Sənə də Hello)
4️⃣ Əla tələbə kompleksiniz var. Hər şeyi mükəmməlliyə çatdırmağı sevirsən. Sən səliqəlisən , amma hər şeyin iki tərəfi var. İdealın arxasınca getməyin əks tərəfi isə istirahət edə bilməməkdir. Mükəmməlliyinizdən yorulmusunuzsa, bəzən özünüzə qeyri-kamil olmağa icazə verin.

 3 years ago 

Necədə mən 😂. Psixoloji testlərin düz çıxmağına səbəb nədir? Çox edirəm və düz çıxır

 3 years ago 

Yəqin çox sınandığı üçün düz çıxır)

 3 years ago 

Salam😇3

 3 years ago 

Salam :)

3️⃣ Daim özünüzü başqa insanlarla müqayisə edirsiniz. Sizə elə gəlir ki, kimsə sizdən daha ağıllı, daha gözəl, daha istedadlıdır. Belə insan həmişə var. Amma siz bu problemə yanlış tərəfdən baxırsınız. Sizdən başqa heç kimdə olmayan fəzilətlərinizi tapmalısınız. Özünüzdə mənfi cəhətləri yox, daha çox müsbət cəhətləri axtarın.⠀

 3 years ago 

Ahaha bəli, doğurdan da, son zamanlar belədi. Nələrsə etməyə çalışsam da, daim özümü əksik görürəm bir baxımdan. :") sanki etdiklərim boşa gedirmiş kimi. İnsanlara yaxşı mənasa qibtə edib, özümü inkişaf etdirməyə fokuslanmışam🤦🏻‍♀️

 3 years ago 

Özünüzü inkişaf yolunda sizə uğur diləyirəm :)

 3 years ago 

Salam 1. Günəşli havanı hardan tapdınız? Havalar yaman soyuyub:(

 3 years ago 

Salam. Burda yəqin ki, son günəşli havalardandır) Artıq qış qapını kəsdirib.

1️⃣ Görünüşlə bağlı kompleksləriniz var. Bədən parametrləriniz və ya müəyyən üz cizgiləri sizi qane etmir. Amma əslində bütün gözəlliklərimiz öz içimizdədir. Daha yaxşı olmağa çalışmaq yaxşıdır. Amma ilk növbədə özünü sevmək vacibdir.⠀

 3 years ago 

Salam 1. Günəşli havanı hardan tapdınız? Havalar yaman soyuyub:(

Gözəl postdur.
2.cini seçirəm☺️

 3 years ago 

Gözəl gününüz olsun :)

2️⃣ Kompleksiniz ondan ibarətdir ki, başqa insanlarla ortaq dil tapmaq sizin üçün çətin olur. Yad bir insanla dialoqa başlamaq sizin üçün çətindir. Ünsiyyət bacarıqlarınızı təkmilləşdirin və ünsiyyət kimi dəyərli mənbədən öz xeyriniz üçün istifadə edin.

Çox sağolun, maraqlıdır. Doğruluq payı çoxdur👌🏻

Mən 2 deyirəm

 3 years ago 

Salam.

2️⃣ Kompleksiniz ondan ibarətdir ki, başqa insanlarla ortaq dil tapmaq sizin üçün çətin olur. Yad bir insanla dialoqa başlamaq sizin üçün çətindir. Ünsiyyət bacarıqlarınızı təkmilləşdirin və ünsiyyət kimi dəyərli mənbədən öz xeyriniz üçün istifadə edin.

Çox sağ olun🤗

 3 years ago 

Xoşdur 🤗

Xoş istirahətlər.. 1))

 3 years ago 

Təşəkkür edirəm :)

1️⃣ Görünüşlə bağlı kompleksləriniz var. Bədən parametrləriniz və ya müəyyən üz cizgiləri sizi qane etmir. Amma əslində bütün gözəlliklərimiz öz içimizdədir. Daha yaxşı olmağa çalışmaq yaxşıdır. Amma ilk növbədə özünü sevmək vacibdir.⠀

 3 years ago 

Xoş istirahətlər. Bu Steemit hamımızı divanə edib. Düz sözə nə deyəsən. ALLAH saxlamış bilmirki, kopya çəkmək yasak😉 Seçimim 2 rəqəmidir

 3 years ago 

Orxan bəy, yeriniz görünürdü e) Xoş gəldiniz)

2️⃣ Kompleksiniz ondan ibarətdir ki, başqa insanlarla ortaq dil tapmaq sizin üçün çətin olur. Yad bir insanla dialoqa başlamaq sizin üçün çətindir. Ünsiyyət bacarıqlarınızı təkmilləşdirin və ünsiyyət kimi dəyərli mənbədən öz xeyriniz üçün istifadə edin.

 3 years ago (edited)

Çox sağ olun. ALLAH razı olsun. Günləriniz xoş olsun. AMİN🤲 Dəyərli Psixoloqumuz bu seçimi edərkən düşündüm ki, yəgin ki, özünə qapanma ilə bağlı olacaq və şəkildən göründüyü kimi hətta çox kip düyünlənib. Amma proqnozun tamam əksidir. Təkəbbürlük (özündən razı) kimi olmasın hətta düşmənimlə belə dil tapıb danışa bilənəm. Çox zaman həmsöhbət olduğum insanlar mənə Nə yaxşı ki varsan😍... vəya Psixoloqsan? 🤔deyə müraciət edənlər də olub... Mənsə sadə bir Sumqayıt vətəndaşıyam

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 62904.98
ETH 3359.08
USDT 1.00
SBD 2.46