Nağıllardan həyata...

in Steemit Azerbaijan☪✔3 years ago

Salamlayıram hər birinizi.
Elgüsel xanım saytımıza yeni yazılarını göndərməyə davam edir. Təbii ki, əvvəlcə ənənəmizə sadiq qalıb Steemitdə paylaşıram)
Elgüsel xanım bugünkü mövzusunu nağıllarla həyatın əlaqəsinə həsr edib. Oxuyaq.

Туристический Цитата Фото Коллаж (5).png

Nağılları sevməyən uşaq yoxdur. Bu möcüzələrlə zəngin, sehr dolu aləmə bircə dəfə də olsun düşmək istəməyən böyük yoxdur. Biri şirin-şirin danışıb bizi inandırmaq istəyəndə " nağıl danışır" deyirik. Kimsə çin olmuş arzularını dilə gətirəndə, gələcəyə böyük ümidlər bəsləyəndə " Elə bil nağıldır." deyirik. " Bu dünya sənə nağıl deyil." Nağıllarda yaşama." " Hər şey nağıllardakı kimi olsa nə vardı ki?" kəlmələri də dilimizdən düşmür.

Bəlkə də, indi mən də sizə nağıl danışacam... Bəlkə də həqiqəti... Yaxın oturub dinləsəniz sirləri aça bilərəm...

Heyvanlar təkcə sehrli nağıllarda danışmırlar. Onlar həyatda da danışırlar, bizlərdən çoxları onları anlamır. Möcüzələr nağıllardan həyatımıza daşınaraq çoxdan köç salıb biz fikir vermirik. Uçan xalçaların əvəzinə təyyarələr, göy cisimləri var biz adət etmişik, görmürük.

Sehrli sözlər dilimizə gətirdiyimiz nəzakətli, nəvaziş dolu sözlərdir, unutmuşuq. Cırtdanlar hər evdə var, görmürük. Nağıllardakı müdrik qocalar elə həyatda da başı daşdan- daşa dəymiş, səhvlərini anlamış yaşlı insanlardı, amma biz ağappaq saç- saqqalsız onları tanımırıq, hələ başımız daşdan-daşa dəyməyib deyə məsləhətlərini eşitmirik.

Ümumiyyətlə ,insan müəyyən yaşa qədər yalnız eşitmək istədiklərini eşidir, görmək istədiklərini görür. Danışmağa gəlincə... Biz başqalarının eşitmək istədikləri dildə daha çox danışırıq.

Hə, qayıdaq nağıllara. Bu dünya özü bir nağıldı. Küpəgirən qarılardan ,göyçək Fatmalardan, ağ atlı şahzadələrdən , Məlikməmmədlərdən, vəzir və vəkillərdən ibarət nağıl. Rəml atıb ulduz falına baxanlar da yerində. Yoxsa , bürcləri unutmusunuz?

tulku-və-kirpi-532x330.jpg

Çörəyi ayaqlamış qız, canavarlar, xəsislər, paxıllar, yaltaqlar, gözəllər, çirkinlər və saymaqla bitməyən, tükənməyən neçə nağıl obrazları bizlə bu dünyada bu gün də yaşayırlar. Bizsə ,hələ də, nağıllara barmaqarası baxırıq. Nağıllarda öyrəndiyimiz hikmətləri unuduruq.

Nağıllarda rast gəldiyimiz rəqəmlərin (7, 9,40) həyatımızda da təsiri eynidir. Biz anlamırıq. Bütün nağıllarda səbir ən böyük var- dövlət sayılır, biz ancaq qızıl pulların cingiltisini yadda saxlamışıq. Nağıllarda bayramlarda küsülülər barışır, biz biri- birimizdən küsmək o tərəfə, həyatdan da küsmüşük. Bu dünya elə nağıldır. Yuxu kimi,sehr kimi. Kitablarda oxunduqca nağıl bitər , həyatda yaşandıqca ömür. Nağıllar bitincə üç alma , ömür bitincə hər insanın payına üç əməl düşər.

978-9952-477-80-1.jpg

Yaxınlar, doğmalar kürəyinizə bıçaqları saplamamış, nağıllarda qardaşları tərəfindən quyuda tərk edilənləri, gözləri çıxarılanları xatırlayın. Sevgilər əl- ayağınıza dolaşıb sizi yıxmamış, bivəfa, pula, vara- dövlətə satılanları yada salın.” Bilmədim, eşitmədim, görmədim” deməyin.Onsuz eşidənə, görənə, anlayana qədər hər şey təkrarlanacaq.

" Qırxında öyrənən gorunda çalar " deyiblər ha, otuzunda öyrənməyən qırxında da öyrənmir, yetmişində də. Qəbirdən də hələ ki, musiqi səsi gəldiyi eşidilməyib. Ona görə də,nə nağıllara, nə də həyata barmaqarası baxmayın.Nağılları və həyatı oxumağı öyrənin. Nağıllarda dərdinə dərman tapılmayanlara, gülümsəməyi bacarmayanlara, daşa dönmüşlərə çevrilmədən “ oxuyun”...

İmage
İmage

Sort:  

İnsanın xəyallari elə özü bir nağıldır . Nə inki dilə gətirdikləri , hətta ürəyində kaş ki , dediyi bütün sözləri nağıldı

 3 years ago 

Eynşteyn də analara deyib ki, uşaqlarınıza bol-bol nağıl oxuyun)))

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 64768.36
ETH 3436.88
USDT 1.00
SBD 2.51