#club5050 🤗 // THE DİARY GAME Better Life. ||20.05.2022 🤗Səmt bazarı. Qiymətlər yanıyor) (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Xoş gördük, Azərbaycan Steemitçiləri! Necəsiniz?
Bu gün yekə yazı günümüzdür. "Rəisim" mahnısını açıb keçmişəm bilgisayar arxasına, mahnıdakı rəisim sözünü beynimdə kuratorumla əvəz edirəm)

bdd7725d-f6f6-4a13-9e8a-5635ef4159c3.jpg

Səmt bazarları həftə içi hər gün İstanbulun müxtəlif məhəllələrində qurulur. Səhərin gözü açılmamışdan bazar işçiləri xeyli təşkilatlı işə başlayırlar. Əvvəl çadırlar qurulur, dəzgahlar hazırlanır, mallar maşınlardan daşınaraq dəzgahlara gətirilir və s.

a8d2c318-6052-4de5-98bc-64c3b4ecd6bd.jpg

15 ildir mən də bu bazarlardan alış-veriş edirəm. Əvvəllər mənim də qəribəmə gəlirdi. Deyirdim, bu necə bazardır axı? Görünüşü, görüntü kirliliyi heç İstanbula yaraşmır, qəbul edə bilmirdim belə bazarları. Sonra öyrəşdim nəsə) İnsanoğlu hər şeyə öyrəşir axı) Məsələn, bu görüntü heç xoş deyil, cındır satışıdır)

1915a066-982c-4095-acb6-fd7a710b4e02.jpg

Amma bu məsələ də var ki, gözümüzün estetikasını məhv edən bu görüntülər bəzilərinin çörək qapısı, bəzilərinin əyləncə qapısı, kasıb-kusubun ümid qapısı, varlının da keyif yeridir desək, yanılmarıq.

196b9c43-9e5a-4d1d-b724-f8d66604035c.jpg

Elə bu düşüncələrlə bazar çantamı da sürükləyib çıxdım bazara)

34e07257-7ae1-4b22-9739-00b524d23f47.jpg

Bir-iki dəzgahın yanından ötmüşdüm ki, dedim, vaxsey, qiymətlər qalxıb çarxa, İstanbul bazarları alev-alev) A kişi, 25-30 Tl -yə pomidor olar? Sonra öyrəndim ki, Bakı bazarlarında da qiymət bundan fərqli deyilmiş.
Alıcı pərişan, satıcı pərişan)

26481d5f-f7d2-4141-9c1e-e3d14ccebada.jpg

Çarə yox, keçdim digər məhsulların alış-verişinə. Kuru yemişə yaxınlaşa belə bilmirsən, uzaqdan alovu sənə sığal çəkir) Sağ olsunlar bəzi satıcılar, fakir fugarayı düşünüb kredi kartı da qoyublar)

cf015267-99ef-4c38-9b12-8610feb57dd6.jpg

eb088e10-951b-466d-8187-b066b6bc0671.jpg

Alış-verişimi edə-edə fotolarımı da çəkirəm, gizli ajanlar kimi)

8257af9b-85f0-46b4-8e69-93b2dadb405c.jpg

Bəzən tərs-tərs baxan da olurdu) Bundan maa nə) Steemit mənə belə şeyləri aşmağı öyrədib) Bir gün tutub döysələr, günah @revan746 dadır, bilmiş olun)

d12c9b0c-a2f9-4e60-91c2-9efecd7f19ce.jpg

a3dba955-2288-41ff-9d3a-902d10c85345.jpg

Bütün görüntülər sıxıcı deyildi, bu gözəlləri də gördüm)

08f1302d-dfb4-4616-848a-cfcd8bce543b.jpg

Bazarı yaxşı-yaxşı gəzəndə, altını üstünə çevirəndə aşağı qiymətdə pomidor da tapmaq mümkünmüş, amma bunların qabığı qalın olur)

f34b0e9c-57cf-464f-91d1-589821b2305c.jpg

Əkin-biçin mövsümü başladığından fidanlar satan satıcıların da sayı artmışdı.

55be2327-ddaa-4776-941a-6c99d719d7a8.jpg

Belə, əziz dostlar, qiymətlərin günbəgün dəyişdiyi İstanbulun səmt bazarlarından birinin günü barədə sizinlə bölüşdüm. Ümidlə iqtisadiyyatın dəngəyə düşməsini gözləyənlərdənəm) Ümid də olmasa. nə edərdik?)

Axşamdan sonra şagirdimlə vəzifəmizin başında idik. Aldığımız meyvələrdən yeyə-yeyə, ev tapşırıqlarımızı da həll elədik, fasilələrdə əyləndik də)

esma1.jpg

Təbii ki, şirin Lakte ilə də oynadıq, bir də baxdıq gün sona çatıb)
Laktenin ən çox sakit tərəfini sevdim, belə pişiyi evdə kim istəməz)

esma2.jpg

Hamınıza yekə-yekə steemlər almağı arzulayıram, özüm də içində)

@ceylanmumoglu

Sort:  
 2 years ago 

Çok şirin çok güzel günlük bir post olmuş. Dövmeler ve kedicik Çok harika 🙏🤗

 2 years ago 

Bu arada son 3 ayda hiç çekim yapmadığınızı görüyorum. Club etiketinizi club100 olarak güncellemeniz sizin için daha iyi olur. 🤗

 2 years ago 

Son 3 ayda kendimle ilgili o kadar olay oldu ki, çekimi unuttum) Bilgi verip hatırlattığınız için çok teşekkürler. 🤗

 2 years ago 

Bence unutmanız iyi olmuş club100 size yeni avantajlar getirebilir kulüp yüzde kalmanızı tavsiye ederim.

 2 years ago 

Öyle yapacağım. Teşekkürler 😊

Congratulations!

Your quality content qualifies the Steem Global Curators guidelines.

PicsArt_05-07-08.12.13.jpg

Your post is upvoted using @steemcurator06 account by @baycan. Continue making quality content for more support.

 2 years ago 

Thank you 😊🤗

Coin Marketplace

STEEM 0.32
TRX 0.11
JST 0.034
BTC 66569.64
ETH 3235.92
USDT 1.00
SBD 4.31