#club100 🤗 // THE DİARY GAME Better Life. ||25.06.2022 🤗Yazıçı rəfiqəmlə görüş (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Xoş gördük, dostlar! Necəsiniz?
Məlum məsələ, vətənə gələndən işim ziyarətlərdir)
Bu gün də dəyərli yazıçımız və bacı kimi əziz rəfiqəm Ülviyyə Tahirlə görüşdük. Düz 5 il sonra yenə bir araya gəldik. Bu dəfəki görüşümüzü istədik ki, tünlük içərisində olmasın. Ona görə də, elə bir yer seçdik ki, həm oturaq qəlyanaltı edək, həm də doyunca söhbətləşək) Guya online dərdləşmirdik də)

288486268_3271044193137738_2422230156066510983_n.jpg

Səhər saat 10-da Alpay bala, kuzeni Kənan və mən çıxdıq yola) 7 nömrə ilə avtovağzala gəlib Bakıya gedən minibüslərdən birinə mindik. Hava təbii ki, istidir. Pəncərə tərəfdə oturub pəncərəni də açdıq, külək bizi bir balaca xilas elədi) 20 yanvarda minibüsdən düşüb metroya daxil olduq. Kuzenimiz Kənan dedi ki, bibi, mən Bakıya tez-tez gəlmirəm deyə kartım yoxdur, gərək kimdənsə xahiş edək bizi keçirsin) Dedim, elə şey yoxdu) Özümüzə yeni kart alacayıq) Çünki Bakıya ola bilsin, bundan sonra tez-tez gələcəyik) Beləliklə, kartımızı alıb içini yüklədik və içəri daxil olduq. Alpay bala metronun girişində alış-veriş yerlərini görüb mat qaldı. Dedi, anne bu ne?) Dedim, it is Azerbaijan)
Beləcə, 20 yanvar stansiyasından qatara mindik və Gənclik stansiyasında endik. Ülviyyə xanım bizi çöldə gözləyirdi. İntəhası yolun o yüzündə) 5-10 dəqiqəmiz bir-birimizi axtarmaqla keçdi. Lap "Əhməd haradadır" filmindəki Nərgiz xala ilə yoldaşı kimi yolun o üzündən bir-birimizə əl elədik və tapışdıq)

289321846_3271044896471001_7685770391789371824_n.jpg

Bir yerdə oturmaq üçün çox da uzağa getmədik. Metrodan azca aralı Türkiyənin məşhur markası "Özsüt"ə girdik. Burada da qəşəng bağçası varmış. Geniş, təmiz və səliqəli. Çox qələbəlik idi. Dörd nəfərlik yeri güclə tapıb əyləşdik.
Sonra menyu gəldi və sifarişimizi verdik. Alpay bala təbii ki, həmişəki ərköyünlüyü və özgür tavrı ilə istədiklərinin hamısını sifariş elədi, kuzeni də ona baxıb ürəkləndi) Sonuç bildiyiniz, yandı bibinin paraları) Qurbandır hamısına) Bibi xərcləməyib kim xərcləməlidir ki)

Hə, dostlar, qəşəng "Özsüt" qəlyanlatısının gətirildiyi süfrə arxasında Ülviyyə xanımla bizi maraqlandıran mövzuların çoxusunu müzakirə etdik. Təbii ki, ən başdakı müzakirəmiz yaradıcılıq fəaliyyəti ilə bağlı idi. Çətinliklərdən və yeniliklərdən danışdıq. Həyatla əlaqələndirdik. Nələrdən söhbət etsək də, sonda yenə yazıçılıq fəaliyyətimizin üzərinə gəlib çıxırdıq) Yəni, məlum məsələ, bizim üçün yek məqsəd və ürəyimizdəki amal odur.

Bir ara uşaqlar darıxmağa başladılar. Dedik. durun bağçanı gəzin, dolaşın) Biz də söhbətimizi yekunlaşdıraq)
Qadınların söhbəti heç yerdə, heç vaxt tez bitməz) Biz nadir nümunələrdənik ki, bu işi nəzarət altında saxlamağı bacarırıq)

Beləcə, doyulmaz söhbətdən istəkdiz qalxaraq qəlyanaltımızın ödənişini etdik, qiymətlərə baxanda anladım ki, burda Türkiyədəki Özsütdən fərqli qiymət qoyublar, daha bahaçılıq) Ürəyimdə dedim, eybi yox, İstanbulda Özsütdə oturanda burdakı xatirəni yada salıb təəssüratlarımı yeniləyərəm)

Bağçadan çıxmazdan əvvəl xatirə fotoları çəkdirdik. Demə, həmin vaxt bağban və təmizlikçi də iş başındaymış, kuzen Kənan onları da kadra salıb, sağ olsun) Yuxarıdakı şəklə diqqət edin)

288528936_3271045063137651_440755446159653323_n.jpg

Ülviyyə xanımla öpüşüb-görüşüb ayrıldıq və Kənan axşam işə gedəcəyinə görə yenidən Bakı-Sumqayıt marşrutlarının olduğu yerə doğru yetişməyə çalışdıq.

289702814_3271045273137630_6794478167614203125_n.jpg

Sumqayıta çatanda hava daha da isinmişdi. Özümüzü bağa güclə çatdırdıq) Evdə duş alıb, sərinlədik. Kənanı işə yola saldıq.
Mənsə evdə bəzi işləri görüb anama dəstək oldum. Axşamtərəfi qrup üzvümüz Günelin yarışma üçün göndərəcəyi romandan bir hissəni oxuyub fikrimi bildirdim. Bir qədər də "Ustad" dərgisi üçün araşdırma yazıma hazırlıqlar apardım. Sonra gözlərimdən yuxu töküldü və yıxılıb yatdım)

Sort:  
 2 years ago 

Məncə, bu xanımın Steemit hesabı var. Yox?)

 2 years ago 

Elə məni Steemitə Ülviyyə xanım gətirmişdi)

Coin Marketplace

STEEM 0.27
TRX 0.12
JST 0.031
BTC 57019.68
ETH 2888.91
USDT 1.00
SBD 3.61