#club100 🤗 // THE DİARY GAME Better Life. ||17.06.2022 🤗 Vətənə səyahət (100% beneficiaries for Steemit Azerbaijan)
Xoş gördük, dəyərli Steemit-Azerbaijan ailəsi!
Necəsiniz?
Bu gün gözəl gündür. Çünki nəhayət, 5 ildən sonra yenidən Vətənə səyahət günüdür!
Səyahətimiz də Vogel tekstilə getdiyimiz kimi, macərasız keçmədi) Deyəsən, macəralar artıq peşimizi buraxmayacaq) Uçuşa bir neçə saat qalmış, bilet aldığımız şirkətdən zəng edib bildirdilər ki, bəs uçuş trafığı dəyişdi, əvvəlcə Ankaraya uçacaqsınız, sonra da orada transfer olub başqa təyyarə ilə Bakıya uçacaqsınız. Bizim məşhur deyimi bu yerdə işlətməyin tam zamanıdır. Yaman yerdə axşamladıq)
Alpay balanın babasının maşına minib üz tutduq Sabiha Kögçen hava limanına doğru... İki yolcu və iki yola salan ekibi ilə çatdıq hava limanına. Həmişəki kimi, hava limanı insan qaynayırdı. Yüklərimizi maşından endirib vaxt itirmədən özümüzü saldıq içəri)
Sənəd yoxlaması, yüklərin kontrolu, sual-cavab və s. prosedurlardan sonra nəhayət, içəri keçə bildik, yola salan yaxınlarımızla görüşüb ayrıldıq.
İçəridə xeyli gözlədik, çünki trafik dəyişikliyi olduğu üçün hər ehtimal hava limanına 2 saat tez gəlmişdik ki, bir şey olsa, barı zaman dadımıza çatsın, Bakı təyyarəsinə geçikməyək)
Beləcə, içəridə xeyli zaman keçirdik, Ankaraya uçacaq təyyarənin qapısı nəhayət, açıldı. Biz də əl çantalarımız götürüb həmin qapıya doğru getdik. Sənədlərimizi təqdim edib qapıdan keçdik və airbus bizi təyyarənin yanına apardı.
Anadolu jet uçağı pırıl-prıl bizi gözləyirdi) Minmədən öncə Steemit üçün bir foto çaqqıldatdım. Alpay balanın narazı baxışları stresdən idi. İlk dəfə idi özünü yetişkin kimi hiss etməyə məcbur olmuşdu) Anasına eşlik edirdi axı)
Təyyarəyə minib əyləşdikdən sonra bir qədər rahatladıq.
Bir neçə dəqiqədən sonra uçuş ekibinin elanının arxasından təyyarəmiz havaya qalxdı. Uçuş müddəti 40 dəqiqə olacaq dedilər, amma sən saydığını say)
Başımızı qarışdırmaq üçün Alpay bala ilə bir neçə foto çəkdik, söhbət elədik, təəssüratlarımızı, həyəcanlarımızı bölüşdük. Sonra saata baxdıq ki, 40 dəqiqəni çoxdan keçib və biz hələ təyyarədəyik)
Əvvəl həyəcan qarışıq təlaş bürüdü. Dedik, vaxsey, bu gecikmə davam edərsə Bakı uşağını kaçıracağız, bax onda yandık) Nə vətənə gedə biləcəyik, nə də evə qayıda biləcəyik, qaldıq Ankarda)
Nə isə ki, təlaşımız uzun sürmədi, təyyarəmiz nəhayət, enişə keçdi. Yuxarıdan Ankara qutularının (binalar) görünüşünü kadra aldım)
Ankaraya uğurlu enişdən sonra macəralarımız davam etdi. Keçirik ikinci hissəyə)
Hə, dostlar, nə başınızı ağrıdım, Ankara hava limanına daxil olduq ki, orda da yeni macəra yaşadıq. Demə, bizim yüklər də özümüz kimi, transfer modunda olduğuna görə, biz sadəcə özümüzü götürüb binanın yuxarı mərtəbəsinə qalxmalı, orada sənəd yoxlamasından keçib Bakı uçağına treansfer yolçu kimi daxil olmalıyıq.
Amma bizə bunu orada izah edən olmadığı üçün Ankara yolcuları ilə bərabər aşağı mərtəbələrə enib onlarla bərabər yükümüzü gözləməyə başladıq) Yüklər gəldi, yanımızdakı sərnişinlər yüklərini götürüb getdilər, bizim yüklərimiz gəlmədiyi üçün panikləməyə başladıq) Bu yerdə Cəlil Məmmədquluzadənin "Poçt qutusu"nu xatırlamaq yerinə düşməzmi?)
Camaat hərəkət edir, biz hələ yük gözləyərək yatmışıq) Onda ayıldım ki, nəsə eləmək lazımdır, vaxt gedir)
Qaça-qaça ora görüvlilərdən birini tapdıq, vəziyyəti başa saldıq, o da dedi, həmən kaçın yukarıya doğru) Pilləkənlərə mindik həyəcanla yuxarı mərtəbələrə çıxdıq. Orda bizi 2 nəgəng cüssəli mühafizəçi qarşıladı. Dedilər, nə xəbərdir, niyə bülə nəfəs-nəfəsəsiz? Dedik, bəs belə-belə) Narahat olmayın, dedilər, düz gedin, sola dönün, vəssalam) Elə də etdik, nəhayət, Bakıya gedəcək təyyarənin qapısına çatdıq) Bu arada mən də gözəl mənzərələri qaçırmıram (oğlum bu işimə nə qədər əsəbiləşsə də) Hər şey Steemit-Azerbaijan üçün!
Bakı qapısına çatıb yenicə sevinmişdik ki, yeni macəra çıxdı qabağımıza) Ordakı elemanlar transfer yolcuları ayırdılar və ayrıca yoxlamağa başladılar. Məlum oldu ki, Azərbaycan tərəfi peyvənd sənədlərini istəyir) Dedim, Salamun Aleykuma, heç təəccüblənmirəm bu işə) Allahdan E-nabız bilgilərimi yanımda götürmüşdüm. Tez internetimi açıb peyvənd kartımızı endirdim. Ölkələr arası peyvənd karıtımızın ekran görünütsünü alıb problümi bitməyən Vətəndə göstərmək üçün hazırlıq etdim) Və nahəyət, bizi doğma ölkəyə götürəcək təyyarəyə otura bildik)
Bu yol təbii ki, Ankara yolculuğundan uzun oldu. Və artıq yorulmuş olan 2 məsum yolcunun macəra həyəcanından bir şey qalmamışdı) Yorğunluqdan yuxumuz gəlirdi)
Uçuş sırasında bir ara təyyarəmiz buludların arasına girdi və aləm bir-birinə dəydi) Təyyarə ilə birlikdə əsdik, titrədik, həyəcanlandıq, çıldırdık və bu proses buludların içindən çıxana qədər davam etdi) O anda Alpayın ruh halı)
Heydər Əliyev hava limanında təyyarədən enəndə sevindiyimizdən uçmağa qanadımız yox idi) Bilmirdik, vətənə gəlişimizə sevinək, yoxsa uçuşun rus demişkən, balqopolucno keçməsinə)
Evdən bizi qarşılayan yaxınlarımızla görüşüb yarım saatlıq yolu da maşında keçirdik. Doğma Sumqayıta gəlib çıxdıq. Hər kəs bizi gözləyirdi, qucaqlaşmalar, sarılmalar, ağlaşma, gülüşmə filan, bilirsiz iştə)
Beləcə, nəhayət evdə idik. Bir neçə saat dincəldikdən sonra axşamtərəfi kuzenlərlə sahildə hava almağa çıxdıq. Çox gəzmədik ki, tamamən haldan düşməyək) Əsas gəzintiləri sonraya saxladıq)
Macəra dolu günümüz başa çatdı) Ümid edirəm, dönüşümüz çox macəralı olmayacaq, çünki qayıdacağımız trafikdə sadəcə bir uçuş var)
Photo by @ceylanmumoglu
Təşəkkürlər, Steemit-Azerbaijan 😊
Xoş gəldin, səfalar gətirdin.
Təşəkkürlər, Rəvan 🙂
Xoş gəlib səfa gətirmisiz. Qonaqlıqlar başlamış olar😊
Xoş günləriniz olsun🙂
Hə, qohum-əqrəba ziyarətləri mərhələsi açıq elan olunub)
Xoş gəldiniz vətənə. İstirahətiniz mükəmməl olsun inşəAllah
Çox sağ olun, Famil bəy.
İnşallah.
Xoş gəldiniz. Həmişə evdə-eşikdə. Çox macəralı anlar olub 👍
Təşəkkür edirəm, Orxan bəy.
Macəralar bizi təqib edir)