#club100 🤗 // THE DİARY GAME Better Life. ||10.06.2022 🤗Macəra dolu iş görüşməsi (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Xoş gördük, dostlar. Necəsiniz?
Bu gün maraqlı bir iş görüşməsindən, eyni zamanda gedəcəyimiz yeri macəra ilə axtarıb tapmağımızdan bəhs edəcəyəm.

c1ad5d76-1081-41c9-9e06-f638f6401813.jpg

Qeyd edim ki, iş görüşməsinə biz getsək də, iş haqqında öyrənmək istəyən başqa ölkənin vətəndaşıdır. Biz sadəcə vasitəçi kimi həmin yeri tapmalı, danışıqlar aparmalı, razılaşma olandan sonra sifariş işlərinə keçməli idik.
Alpay balaya həmin məkanın olduğu yeri xəritədə tapıb göstərdim. Məndən fərqli olaraq Alpayın xəritədə yer tapmaq qabiliyyəti yaxşıdır, Maşallah) Məndən olsa, bu cür uzaq və dolambaclı yollarla getdiyimiz məsafədə azıb qalmışdım)
Əlqərəz, səhər yeməyimizi yeyib, necə deyərlər, kəmərimizin altını bərkidib düzəldik yola)

541bd3b3-04a1-4f05-88ae-b592563e2230.jpg

Yol da nə yol ha) Əvvəlcə qatara minib Yeniqapı stansiyasına getdik. Ora qatardan enib keçid etdik Esenler səmtinə. İnanın, əlimizdə sadəcə Google xəritəsi var) Hardan hara keçəcəyimizi, necə ulaşacağımızı qəti bilmirdik. Bir ara baxdım ki, Alpay bala narahat olmağa başladı. Tez müdaxilə elədim ki, bəs insan gərək zehninə sərhəd qoymaya, şüuraltı elə gəldi, belə getdi) Nə isə onu inandırdım ki, biz həmin məkanə həqiqətən tapacayıq)

f3e1f4ed-5320-4125-9d24-5cfee5c0f6b6.jpg

Bir sözlə İstanbul kimi nəhəng metropolisin metro xətlərinin içində ora-bura vurnuxuruq) Bəlkə 15 adamdan Oruçreisə necə gedəcəyik deyə soruşmuşuq. Esenler səmtindən metroya keçid edərkən metropoliten işçisindən soruşduq ki, bəs harda düşək? Dedi Kirazlıya gedən qatara minin, orda davamını soruşarsınız)

387d9d6c-33d9-44a6-a2d6-e72f20c64bb9.jpg

Mindik Kirazlı qatarına. Yolda özüm də başladım narahat olmağa) Amma Alpaya əks etdirmədim ki, işi büsbütün alt-üst etməyim) Yoxsa deyəcək, özü inanmır, məni inandırmağa çalışır)
Tənbəllik eləmədim, ətrafıma baxıb intuisiyamla bir nəfəri qaraladım, ona yaxınlaşıb əlimdəki bloknotda olan ünvanı göstərdim) İntuisiyamda yanılmamışdım, adam ünvanı tanıyırdı) Bizə dedi ki, Mahmutbey stansiyasında düşün, aktarmalı keçin o biri stansiyaya və Oruçreis stansiyasından çıxın yer üzünə)
Vallah, çox sağ olsun, adam ünvanı doğru söyləmişdi. Bir ara vaqonda istəmişdim Esenler stansiyasında düşüm, Alpay qoymadı ki, bura ola bilməz) Yaxşı ki, uşağın zəkasına güvənmişdim)
Nə başınızı ağrıdım, beləcə soraqlaşa-soraqlaşa, o qatardan bu qatara minə-minə gəldik çıxdıq Oruçreis stansiyasına, ordan da yür üzünə)

45036bba-1d67-4506-8f2a-48e3bb82597d.jpg

Bu dəm tez telefonu çıxarıb Google Maps-i açdıq ki, indi də həmin məkanın olduğu yerə gedək) Yolda təbii ki, bir-birimizin başının ətini yemək mərhələsini atlatmışıq) Alpayın özgüvəni yerinə gəlib) Yer üzünə çıxanda qayıtdı ki, anne bundan sonrası mənlikdir) Dedim, buyur igid, irəli!
Telefon əlimizdə göy oxu və danışan avtomat qızın səsini dinləyə-dinləyə gəldik çıxdıq bir qaraja) Yaxınlaşırıq ki, görək burda şirkət hardadır axı? Görə bilmirik) Yaxınlaşanda isə uzun qəfəslərin içindən 4 dənə it bizə hürür) Ordan uzaqlaşıb başqa yerdən giriş axtarmağa başladıq, hərləndik-fırlandıq, göy ox işarəsi bizi yenə həmin yerə gətirdi) Dedim, oğlum, gəl daha da yaxınlaşaq görək nə olur? Yorğunluqdan bir təhər olmuş Alpay təbii ki, razılaşdı)
Qəfəslərə yaxınlaşanda itlər bir hay-küy qopardılar ki, gəl görəsiniz) Keşikçilər tökülüşdülər) Kim lazımdır, nə lazımdır soruşmalarının ardından dedik, Vogel tekstili axtarırıq. Dedilər, düz gəlmisiniz, qapını açdılar, buyurun keçin elədilər) Üzümüzdə təəccüb ifadəsi maşın qapısından içəri keçdik. Dedilər bir az yürüyün, sonra sağa dönün. Elə də elədik və nəhayət ki, xəritədə axtardığımız məkanın düppədüz yanına gəlib çıxa bilmişdik)

3834ffbd-4d8f-4659-a5f1-3c8e121dc6de.jpg

Təsəvvür edin, hələ zəng edib randevu almaq əvəzinə məkanı tapmaq sevincini yaşayırıq, mən də şəkil zad çəkirəm) Bir də gördük hərbi paltarda iki nəfər bizə doğru gəlir) Soruşdular ki, burda nə işiniz var? Dedik, bəs belə-belə, biz iş görüşməsinə gəlmişdil, intəhası əvvəl məkanı axtarıb tapmalıydıq) Uzun yol gəlmişik, lütfən geri qayıtmadan bizə bir randevu ayarlayın)
Vəziyyətimizi başa düşdülər, sağ olsunlar geri çevirmədilər bizi) Dedilər, ancaq 30 dəqiqə gözləməlisiniz, çünki içəridə toplantı gedir. Sonra sizi içəri alacayıq)
O yolu bir də getməmək üçün 30 dəqiqə nədir, lap 2 saat da olsaydı gözləyərdik)

f8e33c16-0454-46c2-bf70-c4c62a5b0b57.jpg

Bu arada çaktırmadan məkanın dış fotolarını çəkdim. Özümü lap gizli ajan kimi hiss edirdim) Məgərsə onlar da bizi kameradan izləyirdilər. Bir az sonra zəng elədilər ki, bəs siz aşağıda uşaqla oturan xanımsınız? Dedim, bəli) Tez özümü yığışdırdım, telefonu da qoydum çantama)

6f9a3a7b-c888-4640-872a-221ac77aba54.jpg

7b3661f4-3320-4df5-981b-495fcb16b83c.jpg

30 dəqiqə nədənsə tez keçdi, yaxud da biz yorulmuşduq deyə, fərq etmədik) Sonra bizi içəri çağırdılar. Məkan xaricdən sadə bir tekstil şirkəti kimi görünsə də, içərisi qəşəng idi. Yeni avadanlıq, səliqəli mebellər göz oxşayırdı. Bizi danışıq otağına dəvət etdilər.

30ac62ff-a99f-42b9-9c78-3984825e4842.jpg

Bu dəvət Alpay balanın çox xoşuna gəldi, özünü əsl iş adamı kimi hiss etməyə başladı) Düzü, mənim də xoşuma gəldi)
Sonra başladıq danışıqlara) Mən həm şirkət işçisindən məlumat alıram, həm də xaricdəki iş adamına məlumatları whatsapp vasitəsilə ötürürəm. Deyərsiniz ki, şirkət özü niyə xaricdəki iş adamı ilə görüşmür?) Məsələ ondadır ki, onların prinsipinə görə sadəcə real fiziki şəxslə görüşməyi qəbul edirlər. Ona görə də vasitəçi kimi bizim bu görüşməyə getməyimiz şərt idi.

20a777cc-d887-418f-a4be-15695ec771eb.jpg

Lazım olan məhsulların şəkillərini çəkib iş adamına atdıq, qiymətləri öyrəndik.

30ac62ff-a99f-42b9-9c78-3984825e4842.jpg

Şirkətin istehsal etdyi digər məhsullarla da tanış olduq.

0b545289-8494-43f4-b845-eaa434b32754.jpg

7ad8ba37-9637-4304-84fb-7135beb08d94.jpg

Tanıdıcı şəxs o qədər gözəl danışır və izah edirdi ki, heyran qalmamaq olmurdu. Ürəyimdə dedim, halal olsun özünü inkişaf etdirən gənclərə)

826e7f76-2dfc-47a6-8d31-6b34b3134726.jpg

Sonra danışıq sırasında bir ara baxdım, adamlar çaktırmadan gülüşürlər. Demə, Alpay oturduğu kreslodan çay sifariş verib. Ardından qəhvəsi, yanında da peçenyeləri 🤣Orda üz vurmadım. Çölə çıxanda soruşuram ki, Alpay nə haydı elə, sifariş sifariş dalınca, adamlar gülməsəydi, yəqin ana yeməyi də (kebap-lahmacun) gətirdərdin, hə?)
Nə desə yaxşıdır, anne bu iş görüşməsidir, iş. Nə təklif etsələr kaçırmayacaksın 🙄😁

5d104004-df93-40d3-951c-d85b2ef06005.jpg

Beləcə, xoş təəssüratlarla iş görüşməmiz davam etdi. Düzdür, sifariş məsələsi alınmadı, çünki bəzi lazımi məhsulların istehsalı dayanmışdı və stoklarda da tükənmişdi. Buna baxmayaraq tanışlıq üçün gözəl görüşmə oldu.

0d85e28d-b826-411d-ace2-336ec045669d.jpg

Mallardan və qiymətlərindən, sifariş və göndərmə şərtlərindən xəbərdar olduq. Və hansı malların hazırda stoklarda var olmasından, hansılarının hələ istehsal prosesində olduğunu öyrəndik. Lazım olan məlumatları elə onların yanında xaricdəki iş adamına göndərib Vogelçilərlə sağollaşdıq) Sonda adamlar dedilər ki, "Çok tatlı çocuğunuz var, Maşallah"
Təşəkkür edib çıxdıq. İndi qalırdı o uzun yolu geri qayıtmaq)

Yaxşı ki, yolu gələndə keçdiyimiz məkanları bir-bir bloknotuma qeyd etmişdim) Yenidən Oruçreis stansiyasına girdik. Və heç bir səhvə yol vermədən gəldiyimiz yolu geri qayıtmağa qoyulduq)

d1ea601b-fdee-4e12-9677-6fdf6287cb4b.jpg

Alpay bala gördüyümz işdən məmnun qalmışdı) Ən başda məkanı tapa bildiyimizə görə, sonra elə həmin gün randevu ala bildiyimizə görə, ən başlıcası isə əsl iş adamı kimi bu işdən o da bir miqdar para qazanmışdı, kefi kök idi)))

6312b0fc-3eeb-41cb-b979-8f277e7efbbb.jpg

Təbii ki, mən də məmnun idim. Övladın bu cür hiss etməsi ana üçün də şəfalıdır)
Gün boyu o qədər yorulmuşduq ki, evə çatan kimi ikimiz də yatdıq) Amma bu xoş yorğunluq idi, üstəlik işin içində başarı da vardı) İlk dəfə ana-oğul iş görüşməsinə qatılmışdı)

Evə çatıb bir az dincəldikdən sonra, axşamüstü şagirdimlə ev tapşırıqlarını həll etdik. Sonra dedik, güldük, şənləndik) Beləcə, macəra dolu günümüz də başa çatdı)

db58d4dd-4c19-499c-ae1c-46a340476255.jpg

Mənim üçün də, oğlum üçün də maraqlı bir təcrübə oldu. Ən əsası praktikada öyrəndik ki, insan öz zehninə heç zaman sərhəd qoymamalıdır. Çünki insan şüuru və təhtəlşüuru onun təsəvvür etdiyindən də böyük gücə malikdir və insan daim bunun fərqində olmalıdır.

Özünüzə yaxşı baxın, steem alın, bizimlə qalın.

@ceylanmumoglu

Sort:  
 2 years ago 

Mükəmməl. Oxuduqca sanki bir roman oxuyursan. Təbiidir ki, siz həm də bədii dildə səhnələri daha rəngarəng yazırsınız. Təəkkürlər yazı üçün

 2 years ago 

Çox sağ olun. Bədiiləşməmiş mətndir. Publisistik deyək) Amma səhnələr xoş gəlibsə, şad oldum) Oxuduğunuz üçün biz təşəkkür edirik.

Coin Marketplace

STEEM 0.26
TRX 0.12
JST 0.031
BTC 56792.82
ETH 2874.63
USDT 1.00
SBD 3.67