"Anası savadsız olan xalq kordur"

in Steemit Azerbaijan☪✔3 years ago

Xoş gördük, @SteemitAzerbaijan☪✔ -nın qəhrəman kollektivi!

247544949_458200302279516_7460378138014437586_n.jpg

Başlıq yəqin sizə tanışdır. H.Z.Tağıyev demişdi o vaxt.
Bəs görək, müdrik qadın nə deyir bu haqda:
Müdrik qadın H.Z.Tağıyevin sözlərini xatırlayır: "Anası savadsız olan xalq kordur".
Bütün dövrlərin dahi mütəffəkirləri cəmiyyətdə qadın rolunun əhəmiyyətini hər zaman vurğulamağa və savadlı qadınlar yetişdirməyə çalışıblar. Çünki qadın cəmiyyətin anasıdır, hər şey ana ilə başlayır.
Cahil və əzilən qadınların çox olduğu toplum məhvə məhkumdur.
Elə buna görə də müdrik qadın xeyriyyəçilik irsimizin unudulmaz simasına çevrilən H.Z.Tağıyevin vacib sözlərini unutmur. Savadlanmaq, inkişaf etmək, yüksəklərə pillə-pillə qalxmaq üçün öz üzərində durmadan çalışır, əyri-əskiklərini tamamlayır.
Müdrik qadına görə, hər hansı bir təhsil ocağından aldığı diplom cehiz üçün komponent deyil, onu məqsədlərinə və arzularına aparan vasitədir.

244666823_402517031405899_6602299661591988941_n.jpg

Müdrik qadının təhsili, biliklərə yiyələnməsi bir neçə ilə sığmır, ömür boyu davam edir.
Müdrik qadın əmindir ki, milli adətləri, vətənpərvərliyi, əxlaqi keyfiyyətləri, düşüncə tərzi ilə sağlam cəmiyyətin, sağlam ailənin təminatı olan savadlı qadının xalqı kor ola bilməz. Çünki,
“Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək”.

Fotolar qrup yoldaşım Bəhmənin fotoaparatından...

Sort:  
 3 years ago 

Hələ də qadın kişi ayrı-seçkiliyi olduğuna, inana bilmirəm. Axı kişilər necə üstün olduğunu düşünə bilər, işin 50 faizi kişi 50 faizi qadın olduğu halda?
Təbii ki, bəzi qadınlar özləri öz haqlarını və digər qadınların haqlarını tapdalayırlar. Onları da elə edən, yaşadıqları travmalardır. Yaxın gələcəkdə cinsi ayrı-seçkilik barəsində unutmaq istəyirəm

 3 years ago 

Travma məsələsi çox ciddidir. Bəzən fərdlər fərqində olmurlar.
Cinsi ayrı-seçkilik barədə dahi Nizami bircə misra ilə nöqtəni qoyub)
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz!

 3 years ago 

Çox gözəl misaldır və belə belə misallar çoxdur. Dərk edən var mı? Əmin deyiləm

 3 years ago 

Çox az qisim dərk edir.

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 58617.29
ETH 3164.87
USDT 1.00
SBD 2.44