Yeni il və bu aralar etdiklərim...

in Steemit Azerbaijan☪✔3 years ago

Yeni ilin ilk həftəsindəyik artıq. Bu ilin ilk günündə şəhərə getdim, Bakıya. Oktyabr ayının sonundan şəhər getmirdim, sanki beynim yüklənmişdi. Rayon mühiti son 2 aydır ki, konkret yormuşdu. Şəhərdə 5 gün qaldım və bu gün rayona geri döndüm.

IMG_20220105_154514.jpg

Şəhərə getməyim böyük ölçüdə müsbət təsir etdi. O qədər şeylər yaşadım ki, o qədər beynim açıldı ki, ancaq rayonda türmə həyatı kimi həyat yaşayıb şəhərə gedənlər başa düşər. Bir daha anladım ki, rayondan mütləq çıxmalıyam. Hazırda rayonun mənə verdiyi ən böyük avantaj öyrənmə mühitinin olmasıdır.

Burda öyrənmək, özümü inkişaf etdirmək üçün vaxt, zaman var. Bu vaxtı şəhərə getsəm, heç vaxt tapmayacağam. Şəhərin dinamik həyatı imkan verməyək ki, nəsə öyrənməyə, özümlə baş-başa qalmağa bu qədər vaxtım olsun. Ona görə qarşıdakı bir neçə ayı da burda qalmalı və Kamran adı çəkiləndə spesifik bir sahənin adı gələcək şəkildə özümü inkişaf etdirməliyəm.

pexels-pixabay-269561.jpg
Link to Photo

Qarşımda bunun üçün müəyyənləşdirdiyim müəyyən qədər vaxt var. Düşünürəm də, 1-cə il şəxsi inkişafıma fokuslanıb, 2023-ə idealımda olan şəxs kimi girmək də var, standart bir il keçirib girmək də. İlki daha ağır basır. Çalışmalıyam, həm də çox. Ən əsası iradəli və disiplinli olmalıyam. Qarşımda 360 gün var.

Məni tamamlayacaq şeylər nədirsə, nələr etməliyəmsə, tökmüşəm yazıya. Maksimum minimalist davranmağa çalışdım ki, bəhanələrə yer olmasın, yüklənməyim. Beynimə edəcəyim yatırımdan, sağlamlığıma qədər bir çox şeyi yazıma əlavə etmişəm. Hissə-hissə tamamlamalıyam sözümə verdiyim sözləri!

pexels-lalesh-aldarwish-147635.jpg
Link to Photo

Bu ilin sonunda ya qürur hissi keçirəcəm, ya da peşmaçılıqlar yaşayacam. Bunu düşünmək belə insanı bir qəribə edir. Niyə görə axı dişimi sıxıb bir neçə ay tam özümü inkişafa fokuslanmayacam axı?! Çox tale yüklü bir şeyə başlamışam.Peşmançılıq olmayacaq!!!

Coin Marketplace

STEEM 0.19
TRX 0.16
JST 0.033
BTC 64009.58
ETH 2760.74
USDT 1.00
SBD 2.65