Yaşam Çarxı Cədvəli || Maraqlı tanışlıq-zad :)

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Bəzən elə olur ki, insan həyatında nə kəmdir, nə çatışmır, tam anlaya bilmir. Anlaya bilmədiyi üçün də stresə düşüb özünü böyük və bilinməz bir quyunun içinə düşmüş, boşluğa düşmüş kimi hiss edir.

Bu yaxınlarda youtube'da bir video izlədim. Həmin videoda həyatımızın müxtəlif hissələrini özündə əks etdirən bir cədvəl haqqında danışılırdı. Bu cədvəl elə bir cədvəldir ki, normal bir insanın həyatının bütün hissələrini əhatə edən sistematik bir quruluşa sahibdir.

Cədvələ baxanda insan sanki özü həyatını bütünləşmiş bir şəkildə cədvəldə tapır. Tapır dediyim o demək deyil ki, cədvəl sırf sizin həyatınızı işıqlandırır. Yox. Sadəcə cədvəl həyatımızın ayrı-ayrı hissələrini elə kompakt bir şəkildə özündə əks etdirir ki, insan cədvəli görən anda normalda özünün düşünüb cədvəl halına sala bilməyəcəyi bütünləşmiş bir sistemi görür sanki.

Psixologiya dünyasında bu cədvəlin adı Yaşam Çarxı adlanır. Cədvəl aşağıdakı kimidir:

life cycle table.png
Link to Photo

Hə, cədvəllə tanış olduq.

Rəsmdə də gördüyünüz kimi cədvəldə bir insanın həyatının 8 fərqli hissəsi öz əksini tapıb. Burdakı hər bir hissəyə doğru isə, gördüyünüz kimi dairənin içində nömrələnmə aparılıb. Bu nömrələnmə bizə həyatımızın hər bir hissəsinə 1-dən 10-a qədər xal vermək imkanı verir.

Misal, deyəlim ki, rəsmdə göstərilən kimi sağlığınızda, səhhətinizdə müəyyən problemlər var, və ya kompleksləriniz var. Buna görə də 1-dən 10-a qədər qiymətləndirmədə öz sağlığınıza şəkildəki kimi 4 xal verirsiniz. 4 xalı verdikdən sonra isə yuxarıda rəsmdə göstərilən qaydada dairələrin sağlıq bölməsinə düşən ilk 4 nömrəsini qaralayırsınız.

Belə-belə bütün bölmələri qaralayıb, öz həyatınıza müəyyən bir dəyər verir, sonradan nələrin üzərində işləyə bilərsiniz, daha sistematik bir şəkildə gözünüz önündə görürsünüz.

İndi mən bu cədvəli bir A4 vərəqə çəkib, sizə əyani olaraq göstərəcəm. Maraqlı bir metoddur, həqiqətən. Çəkdiyim cədvəldə hər şey aşağıda gördüyünüz kimi azərbaycancadır və gördüyünüz kimi cədvəli rahatlıqla evdə boş olarkən çəkmək olar:

IMG_20210922_211354_1.jpg

Müəyyən hissələri örnək olsun deyə doldurdum. Çəkdiyim cədvəldən belə nəticə çıxır ki, qardaşıvızın aşk, sevgi həyatı yerlərdə sürünür . 1 xalla qiymətləndirilib. Həqqi 1 nədir a? Nəsə. İmkanlı qız tapsam, cədvəli cıracam. :/

İkinci olaraq, pul da yoxdur və 3 xalla qiymətləndirilib. Bu bölmədən həm də belə bir maraqlı nəticə çıxdı ki, pul yoxdursa, aşk-zad boş şeydir.

Sosial həyatım isə qaynayır və 9 xal vermişəm. İki dəqiqə dayandı yoxdur. O söz var ha "sülənmək", bax mənim üçün deyilib o. Zarafatsız, uşaqlıqda anam hətta ayağımı qravata düyünləyirdi ki, çölə qaçmayım. Bilirdi ki, düyünü aça bilmirəm. :D Bəlkə də, 7-8 yaşlı bir uşaq üçün düzgün olanı edirdi. O kənd sənin, bu kənd mənim bütün günü futbolda idim. :)

İndi də bir yerdə durmuram ha. Misal, keçən dəfə Bulvarda gəzirəm, gördüm bir ərəb qiyafəli oğlan fikir-fikirli oturub skamekada, qulaqcıqla dənizə baxa-baxa mahnıya qulaq asır. Bəhooo. İndi məni saxlamaq olar?

Geyimindən bildim ki, o bizim bildiyimiz 2 manatlıq siqareti 10 manata satım tərzi, "sağmalıq" ərəblərdən döyül... :D

Nəsə. Postu burda saxlayım. Bu, ayrıca bir post mövzusudur. Nə temalar var e. Aşağıda şəhərdə gəzərkən çəkdiyimiz bir şəkli atıram ki, gözünüz yolda qalmasın.

IMG-20210921-WA0024.jpg

Xarici gördümsə, tanış oluram. Əminəm ki, tanış olduğum bütün xaricilərin vətəninə gedəcəyəm. Adamın ölkəsi sizi də türklər demiş şaşırdacaq. Çox maraqlı və haqqında çox eşitmədiyiniz bir ölkədən gəlib.

Növbəti postumu gözləyin.

Ha. Bu arada, o yuxarıdakı metodları yaddan çıxarmuyun. Söhbət elə fırlandı ki, indi hamı neqr'dan yazacaq. Bu arada bu ifadəni də heç sevmirəm. İnsanıq, nə fərqi rəngin, nə fərqi dinin, nə fərqi nəyinsə.

Haydi növbəti postda görüşənə qədər. :)

Yorumları gözləyirəm ha bax.

Sort:  

Vo pervıx, o nə dairələrdi çəkmisən, çox səliqəsizdi. Vo vtorıx da orda boş qalan nə qədər hissələr var. Niyə məhz sevgi aşkı bizim gözümüzə soxursan, hay?

 3 years ago 

Yaxşı çəkirəm, tələsiyə düşdü)))

Füzuli hələ orta əsrlərdə deyirdi ki:

"Dərdimi aləmdə pünhan tutduğum naçardır,

Uğrasaydım bir təbibə aşikar etməzmidim?"

😂😂😁

İnanan daşa dönsün 🤭

 3 years ago 

Bax özün dedin ki, indi hamı bu qara baladan yazacaq. Qardaş heç olmasa deyərdin o durardı da fanar tərəfdə, "gecə qara cücə qara" güclə seçilir)) (haşa lağ mənasında demirəm)

 3 years ago 

Yox, yox. Səni tanıyıram, o cür intellekt sahibi lağ barədə deməz :)

Bu arada, İsa, o tema düz emiş e. Bütün Bulvarı-zadı gəzdik. Adamların senin, benim gibi düşme korkusu yok ;)

 3 years ago 

Düzdür, pul yoxdursa, aşk zad da yoxdur.
Əvvəl pulun olsun, sonra aşk özü gələcək)

 3 years ago 

Mən növbəti postu gözləyirəm. O xarici ilə tanışlıq və sonu.

 3 years ago (edited)

Sən canı parabola, hiperbola nə bilime piramidanın üzərində göstərmək olmazdı? İmenno çevrə. Bayaqdan çevrədə fırlana-fırlanan qalmışam. Özümü Səyyad Əlizadənin mahnısında hiss edirəm.


Canı yanmış da gəlib çıxmadıki, rahatlıqla deyərdim HƏYATIMIN MƏNASI, GÖZLƏRİMİN NURU, BAŞIMIN TACI bu əsəri Sənə həsr etmişəm. Ayıbdıyeeee ayıb. Mən boyda Ağsaqqal kişi çevrəni dolana-dolana qalıb. Adamın hissləri ilə bu qədər də oynamazlar axı. Bütün steemit əhli hələ də bu haqsızlığa dözür. DAVAM EDİM?

 3 years ago 

Yeni rəssamlıq bölməsi də yarat və ora -10 yaz :) Zənci haqqındakı yazını da gözləyirik.

 3 years ago 

Həri səni 💪

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63626.66
ETH 2640.26
USDT 1.00
SBD 2.75